13 Yanvar 2022 02:04
554
Səhiyyə
A- A+

Naxçıvanda ötən il 200 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 2021-ci ilin yanvar ayından etibarən muxtar respublikada da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu məqsədlə nazirlikdə xüsusi komissiya yaradılıb. Komissiya muxtar respublikada COVID-19 virus infeksiyasına qarşı vaksinasiya prosesini təşkil edir.

Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Leyla Vəliyeva ötən il muxtar respublikada virus əleyhinə vaksinasiyanın kütləviliyinə nail olunduğunu və prosesin yeni ilin ilk günlərindən də davam etdirildiyini bildirib. O deyib ki, Naxçıvan Muxtar Respublikasında 2021-ci il fevral ayının 2-dən COVID-19 virus infeksiyasına qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya, ilk növbədə, risk qrupu sayılan tibb işçiləri arasında aparılıb. Vaksinasiya 2 mərhələdə həyata keçirilir. Birinci dozanı qəbul edən vətəndaş 28 gündən sonra vaksinin 2-ci dozasını qəbul edir. Hər iki dozanı qəbul etmiş vətəndaşa vaksinasiyanın sonunda sertifikat verilir. Səhiyyə işçilərindən sonra isə 50 yaşdan yuxarı vətəndaşlar və təhsil işçiləri vaksinasiyaya cəlb olunublar. Aprel ayından isə yaşı 18-dən yuxarı olan bütün vətəndaşların peyvənd olunmasına başlanılıb.

Leyla Vəliyeva qeyd edib ki, Naxçıvan şəhərində və rayonlarda istifadə olunan vaksin “Sinovac” vaksinidir. 2021-ci ilin noyabr ayından artıq 3-cü dozaya başlanılıb. 3-cü doza vaksin 2-ci dozadan 6 ay keçmiş bütün vətəndaşlara şamil olunur. Noyabr ayının 16-dan etibarən isə Almaniya istehsalı olan “Pfizer” vaksininin istifadəsinə başlanılıb. Vətəndaşların istəyindən asılı olaraq 3-cü doza kimi həm “Sinovac”, həm də “Pfizer” vaksini tətbiq edilir. Hər iki dozanı qəbul etmiş insanlara 3-cü doza vaksinlərini mütləq qəbul etmələri tövsiyə olunur. Çünki keçən müddət ərzində orqanizmdə anticisimlərin sayı azalır və yenidən xəstəliyə yoluxma riski artır.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsidir ki, ölkəmiz üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb. COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri prosesi davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video