30 Noyabr 2021 22:21
897
SİYASƏT
A- A+

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib

 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artilleriya bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.

Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib.

“Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda keçirilən təlimlərdə müdafiə olunan bölmələrimizin atəş dəstəyi həyata keçirilib, ən uzaq hüdudlarda pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə aşkar edilmiş düşmən hədəfləri məhv edilib.

Tank təhlükəli istiqamətdə tankəleyhinə batareyalar və düzünə tuşlamaya çıxarılmış toplar şərti düşmənin zirehli texnikalarını sıradan çıxarıb.

Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə batareyaları praktiki atışlardan öncə Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğularında müvafiq tapşırıqları icra edib.

Təlimlər zamanı Vətən müharibəsində düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetirmiş Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə bölmələrinin döyüş təcrübəsi gənc heyətlərə öyrədilib, virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilib.

Təlimlərin sonunda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video