16 May 2022 18:43
628
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslam Şurası Məclisi sədrinin birinci müavini, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonaqları Naxçıvan Muxtar Respublikasında görməkdən və Əli Nikzadın İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri seçilməsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq qruplarının, iqtisadi şuraların fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri həmsədri olduğu Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun fəaliyyəti və tərkibi barədə məlumat verib.

Qrup üzvlərinin iki ölkə arasındakı münasibətlərin inkişafına dəstək verdiklərini qeyd edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrə də diqqəti çəkib, muxtar respublikanın ali təhsil müəssisələrində 334 İran vətəndaşının təhsil aldığını, Naxçıvan Dövlət Universitetində Fars Dili Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Ali Məclisin Sədri qarşılıqlı iqtisadi əməkdaşlığa da toxunub, “Azərbaycan Respublikası və İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının Anlaşma Memorandumu”na əsasən gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə və yükdaşımanın həcminin daha da artacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən və Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu bildirən İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzad rəhbərlik etdiyi nümayəndə heyətini təqdim edib və səfərin əhəmiyyətindən danışıb. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdıran Əli Nikzad Vətən müharibəsi zamanı İslam Şura Məclisində azərbaycandilli nümayəndələrin bəyanat hazırladığını və Azərbaycanın dəstəkləndiyini bildirib, ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib.

Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video