25 Iyun 2022 02:42
570
Elm və texnika
A- A+

Naqilsiz şarj sistemi

 

Gələn il ABŞ-ın Detroyt şəhərində elektromobilləri naqilsiz şarjla təmin edən avtomobil yolu istifadəyə veriləcək. Sözügedən sistem avtobuslar, daha çox tıxaclardan əziyyət çəkənlər üçün faydalı olacaq.

Layihə İsrailin "Electreon" şirkəti tərəfindən hazırlanıb. İlk test yolunun uzunluğu cəmi 1.6 kilometr nəzərdə tutulur. Yolun alt hissəsində şarj prosesi üçün nəzərdə tutulmuş induksiya boruları yerləşdiriləcək. Onlar öz növbəsində elektrik şəbəkəsinə qoşulacaqlar. İnduksiya borularından enerjinin əldə edilməsi üçün elektromobillərə xüsusi qəbuledici lazım olacaq. Bu sistem xüsusi qəbuledici olmadan çalışmır və ətrafdakı insanlar üçün heç bir təhlükə yaratmır. Elektromobilin bu cür yoldan nə qədər enerji əldə edəcəyi isə onun öz konstruksiyasından və hansı sürətlə hərəkət etməsindən asılı olacaq. Təbii ki, bu cür yol elektromobilin batareyasını çox qısa yol məsafəsində tam şəkildə şarj edə bilməyəcək. Lakin bununla belə o, ən yaxın şarj stansiyasına qədər enerji səviyyəsini təmin edəcək.

"Electreon" mühəndislərinin fikrincə, şarj üçün nəzərdə tutulmuş induksiya borularının ictimai nəqliyyat üçün ayrılmış yol xətlərində quraşdırılması daha məqsədəuyğundur. Belə ki, həmin yollarda nəqliyyat axını daimi olur. Bundan əlavə, bu sistem sayəsində elektromobil tıxacda dayandığı halda belə öz batareyasını şarj edə biləcək.

Şarj ödənişli olacaq. Proses bitdikdən sonra sürücü onun üçün təyin edilmiş qiymət göstəricisini əldə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video