Mühəndislər dəniz havasından şirin su əldə edən texnologiya yaradıblar
Amerikalı mühəndislər okean və dəniz səthindəki hava təbəqəsindən böyük miqdarda şirin su əldə etməyə imkan verən qurğunun prototipini yaradıblar. İllinoys Ştat Universitetinin (ABŞ) yaydığı məlumata görə, bu qurğu, minimum enerji sərf etməklə böyük miqdarda içməli su və suvarmaq üçün rütubət əldə etməyə imkan yaradacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, universitetin professoru Pravin Kumar və onun həmkarlarının yaratdığı metod suyun təmizlənməsi və içməli hala salınması ilə bağlı bütün enerji sərfini təbiətin öhdəsinə qoyur. Onlar Günəş şüalarının suyu qızdırması nəticəsində okeanın böyük miqdarda buxar yaratmasına diqqət yetirdikdən sonra bu texnologiyanı işləyib-hazırlamaq qərarına gəliblər. Bu proses Yer planetinin xüsusən tropik və ekvatorial regionlarında intensiv baş verir. Alimlər şirin su çatışmazlığı olan 14 müxtəlif regionda buxarın toplanmasının nə dərəcədə səmərəli və iqtisadi baxımdan məqsədyönlü olduğunu hesablayıblar.
Bu hesablamaları aparmaq üçün professor Kumar və həmkarları sənaye şəraitində hündürlüyü təxminən 100 metr və eni 210 metr ola biləcək şirinləşdirici qurğunun prototipini hazırladılar. Bu texnologiya sahildən müəyyən məsafədə quraşdırılır və sahildə su toplayan stansiyaya xüsusi buxar boru kəmərinin köməyilə birləşdirilir. Bu qurğu tropiklərdə və ekvatorun yaxınlığında yerləşən böyük şəhərlərin bütün ehtiyaclarını ödəmək üçün kifayət qədər böyük miqdarda təmiz şirin su əldə edəcək.
Tədqiqatçıların fikrincə, texnologiyanın quraşdırılması xərcləri mövcud su şirinləşdirici sistemlərdən xeyli aşağı olacaq, həmçinin buxarın belə toplanması dəniz suyundan duzu ayırd edən müəssisələr kimi zəhərli əlavə məhsul yaratmayacaq. Texnologiyanın başqa bir üstünlüyü də ondadır ki, onun işinin səmərəsi nəinki azalmayacaq, əksinə, qlobal istiləşmə artdığı halda, daha da çoxalacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!