Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
Son vaxtlar dünyada ciddi ərzaq problemi yaranıb. Bu üzdən ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir ölkə üçün əsas məsələyə çevrilib. Bütün dövlətlər çalışır ki, əhalisini əsas ərzaq məhsulları ilə imkan daxilində özü təmin etsin. Çıxış yolu kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə daha çox məhsul istehsalına nail olmaqdır.
Hazırda dünyada aqrar sektorda diqqət yetirilən əsas məsələ az əkin sahələrindən istifadə olunması ilə daha çox məhsul istehsal etməkdir. Bunun üçün inkişaf etmiş ölkələrin aqrar sektorunda elmin və texnologiyanın son nailiyyətlərindən geniş şəkildə istifadə olunur.
Ölkəmizin kənd təsərrüfatında əsas problem su ilə təminatdır. Azərbaycan Cənubi Qafqazda su ehtiyatlarına görə kritik durumdadır. Məlumdur ki, dünyada bu əvəzsiz nemətin azalması prosesi gedir. Digər tərəfdən, dünyada, eləcə də ölkəmizdə əhalinin artması suya olan tələbatın çoxalmasına səbəb olur. Bizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 faizi isə suvarılan əkin sahələrindən əldə edilir.
Azərbaycanın mövcud 135 su anbarında 21,5 milyard su ehtiyatı var. Bu isə əkin sahələrimiz üçün yetərincə deyil. Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərdəki su ehtiyatlarından istifadə edilməsi bizə əlavə imkanlar yaradır. Belə ki, işğaldan azad edilmiş yerlərdə 9 su anbarı və 17 çay var. Bu çayların su ehtiyatı böyükdür. Bununla belə, biz sudan qənaətlə istifadə etməyə məcburuq. Ona görə ki, bu əlavə su mənbələri də ölkəmizin tələbatını tam ödəməyə imkan vermir. Rəsmi torpaq balansına əsasən, çoxillik əkmələrlə birlikdə ümumi əkin sahəmiz 2 milyon hektardan çoxdur. Bunun 1,5 milyon hektarı suvarılan ərazilərdir, qalan 500 min hektar isə suvarılmır. Yəni bu qədər torpaq suvarılmadığı üçün oradan yüksək məhsul götürmək imkanında deyilik. Beləliklə, suvarılan torpaqların 77,5 faizindən əkin, 8,6 faizindən çoxillik əkmələr və 13,9 faizindən isə örüş, həyətyanı sahələr kimi istifadə olunur.
Azərbaycan suvarma sahəsində dünyadakı qabaqcıl texnologiyalardan faydalanmaq məqsədilə xarici ölkələrlə əməkdaşlığa üstünlük verir. Məsələn, İsraildə kənd təsərrüfatında suya qənaət edən yüksək texnologiyalar mövcuddur. Bu ölkənin də su ehtiyatları və əkin sahələri bizdə olduğu kimi, məhduddur. Bununla belə, İsrail qabaqcıl texnologiyaların tətbiqi sayəsində yüksək məhsul əldə etməyə nail olub.
Kənd Təsərrüfatı Nazirliyi İsrailin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi ilə bu sahədə sıx əməkdaşlıq edir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumatda bildirilir ki, ölkələrimiz aqrar sahədə kadr hazırlığı üzrə sıx əməkdaşlıq qurub. Bakıda keçirilən 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən yeni təcrübə proqramının iştirakçıları ilə keçirilən görüş də buna misaldır. AİCAT tərəfindən elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları bir ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edəcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək çəkəcək.
15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzi, "Sapmaz" Havacılık və İleri Teknolojiler şirkəti, "Azersun Holdinq" MMC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda əldə edilən razılaşmaya əsasən, kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında ölkəmizi pilotsuz uçuş aparatları ilə təchiz edəcək.
Əldə edilən razılaşmaya görə, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlarla herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək.
Qeyd edək ki, "Caspian Agro" sərgisinin ölkəmiz üçün xüsusi önəmi var. Çünki dünyada kənd təsərrüfatında istifadə olunan qabaqcıl texnologiyalardan bəhrələnmək istəyirik. Məlumdur ki, aqrar sahədə yeni texnologiyaların istifadəçiləri sahibkarlar və fermerlərdir. Onların bilavasitə bu texnologiyalarla əyani tanış olması vacibdir. Bu üzdən "Caspian Agro 2022" və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ölkəmizdə keçirilməsi əhəmiyyətlidir. Builki sərgi iştirakçıları sayına və nümayiş olunan texnika və texnologiyaların həcminə görə də fərqlənir. Belə ki, burada 101-i yerli, 348-i xarici olmaqla, ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərginin əsas bölmələri smart avro, gülçülük, kənd təsərrüfatı texnikası, obyektləri, landşaftı, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, tullantıların emalı, pambıq emalı, tekstil, logistika, elektron kənd təsərrüfatı və laboratoriya avadanlıqlarından ibarətdir.
Ölkəmizdə aqrar sektorda istifadə ediləcək müasir texnologiyalar məhsuldarlığın artırılmasına imkan yaradacaq, həmçinin sudan səmərəli istifadə mümkün olacaq. Məsələn, Azərbaycanda taxıl istehsalında məhsuldarlıq 30-32 sentner olduğu halda, dünyanın inkişaf etmiş ölkələrində bu rəqəm 80-90 sentnerə çatıb. Bu uğura həmin ölkələr kənd təsərrüfatında mütərəqqi texnologiyalardan istifadə etməklə nail olub. Ölkəmizdə son vaxtlar aqrar sektorda müasir texnologiyalardan istifadəyə üstünlük verilir.
Yaxın bir neçə ildə ölkəmizin ərzaq məhsullarının yetişdirilməsində dünyanın inkişaf etmiş ölkələrində əldə olunan səviyyəyə çatacağı gözlənilir. Aqrar sektorun bütün sahələrində mütərəqqi texnologiyaların tətbiqi buna imkan verəcək.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yanındayıq, Türkiyə!
25 Iyun
"Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haq...
25 Iyun
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haq...
25 Iyun
Eyni kökə və tarixə söykənən dostluq
25 Iyun
"Bir amalın iki qolu… Azərbaycan-Türkiyə"
25 Iyun
Azərbaycan-Türkiyə qardaşlığı bəşəri sərvət olan "Yaşıl Vətən"in keşiyində!!!
25 Iyun
"Azərbaycan" qəzetinin əməkdaşına Prezident mükafatı təqdim edildi
25 Iyun
Qlobal bəla ilə qətiyyətli mübarizə
25 Iyun
Gəncənin su və yol problemləri paralel həll olunur
25 Iyun
ADAU-da bağçılıqla bağlı konfrans keçirilmişdir
25 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin təməli

Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

İlham Əliyevin sərkərdəliyi ilə zəfər qazandıq, indi isə himayəsiylə rahat həyat yaşayırıq...

Qətiyyətli siyasətin təcəssümü

Mütərəqqi islahatlar uğurlu nəticələr verir

“Cənub qaz dəhlizi"nin genişləndirilməsi əhatəli dialoq tələb edir

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!