Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər
Günəş şüalarının isbat olunmuş bir sıra faydaları var və insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır. Gün işığı depressiyanı aradan qaldırır, eləcə də sümüklərin güclənməsinə, beynin normal fəaliyyətinə xidmət edir. Gün ərzində 10-15 dəqiqə Günəş şüalarından yararlanmaq olar.
Lakin Günəşin faydası ilə yanaşı, onun zərərləri də var. Soyuq havanın orqanizm üçün əks təsirləri mövcuddur. Son günlər isə əhali arasında, xüsusilə respirator viruslar, eləcə də qrip yayılıb. Özünü uzunmüddətli yüksək hərarət, ishal, qusma kimi əlamətlərlə göstərən xəstəliklər daha çox narahatlığa səbəb olur. Əsasən azyaşlı uşaqlarda müşahidə edilən əlamətlər yeni növ koronavirusa (COVID-19) bənzəsə də, yoxlamaların nəticəsi bunun əksini göstərir. Bəzən həmin halların səbəbi soyuq hava ilə əlaqələndirilsə də, mütəxəssis rəyləri fərqlidir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayev yayılan qrip xəstəlikləri barədə deyib: “İnfluenza” infeksion xəstəlikdir. İlk növbədə qızdırmaya nəzarət etmək, onun 38 dərəcədən aşağı olmasına çalışmaq, çoxlu maye qəbul etmək lazımdır. İmmunitetin güclü olması infeksiyanın qarşısını alan ən başlıca amildir“.
Mövsüm dəyişməsi zamanı ilə əlaqədar ürək-damar, tənəffüs sistemi və bəzi xroniki xəstəliklər də fəallaşır. Bu isə daha diqqətli olmağı tələb edir. Hospitalın həkim-terapevti Nərgiz Kərimova isə bildirib: “Təzyiqin yüksəlməsi və tənəffüs sistemi xəstəlikləri xüsusilə narahatlıq doğurur. Onlardan bronxial astma və allergik xəstəliklərin artması daha çox müşahidə edilir. Həmin xəstəliklər hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq daha çox təsir edir. Ona görə də təzyiq dərmanlarının və digər preparatların vaxtlı-vaxtında qəbul edilməsi, allergen təsirlərə malik maddələrdən uzaq olmaq və çoxlu maye içmək məsləhətdir”.
Beləliklə, bu dövrdə orqanizmin immunitetini yüksək səviyyədə saxlamaq üçün tətbiq edilən üsullar sadə olsa da, ona əməl etmək hər kəsin özündən asılıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!