23 Sentyabr 2022 17:53
547
İQTİSADİYYAT
A- A+

Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası keçirilib

 

Sentyabrın 23-də Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edirdi.

Qazaxıstan Respublikası Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri, MDB İqtisadi Şurasının sədri Serik Jumanqarinin sədrlik etdiyi iclasda iqtisadi əməkdaşlığa dair geniş əhatəli məsələlərə baxılıb.

Nümayəndə heyətlərinin başçıları “Xidmətlərin sərbəst ticarəti və investisiya fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş layihəsi”, 2030-cu ilə qədər olan dövrdə Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramının həyata keçirilməsi, süni intellekt, robot texnikası, kvant texnologiyaları kimi istiqamətlər üzrə Birliyin ümumi innovasiya məkanının formalaşması, Kimya kompleksi sahələrinin Rəqəmsal Transformasiyası Konsepsiyasının və onun həyata keçirilməsinə dair birinci dərəcəli tədbirlər planının layihələri məsələlərini müzakirə ediblər.

İclasda “MDB Elektroenergetika Şurasının 2019-2021-ci illərdə fəaliyyəti” məsələsi, habelə ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə halların qarşısının alınması və onlara reaksiya sahəsində Əməkdaşlıq Sazişinin və 2023-2026-cı illər üçün Dövlətlərarası Radionaviqasiya Proqramının layihəsi və başqa sənədlər bəyənilib.

İclas çərçivəsində Dövlətlərarası Antiinhisar Fəaliyyəti Şurasının 2018-2021-ci illərdə fəaliyyəti haqqında hesabat təqdim edilib.

İclas iştirakçıları iqtisadi, maliyyə və başqa sahələrdə əməkdaşlıq, o cümlədən Birlik iştirakçısı olan dövlətlərin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitə tərəfindən təqdim edilmiş məsələlərə baxılıb, bu məsələlərin bir qismi növbəti iclasda baxılmaq üçün Hökumət Başçıları Şurasına göndəriləcək.

MDB İqtisadi Şurasının növbəti iclası 2022-ci il dekabrın 9-da Moskvada keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video