15 Yanvar 2023 02:04
369
Qanunlar
A- A+

"Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən  çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü, 18-ci, 19-cu və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038; 2013, № 6, maddə 615; 2015, № 11, maddə 1280; 2017, № 5, maddə 690; 2018, № 10, maddə 1965; 2019, № 3, maddə 378, № 7, maddə 1183; 2021, № 6  (I kitab), maddə 543; 2022, № 8, maddə 826) 8-ci maddəsinin üçüncü hissəsində "dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət" sözləri "müvafiq icra hakimiyyəti" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008,  № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165,  № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12  (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114, № 7, maddə 703, № 8, maddələr 898, 900, 902; 2022, № 1, maddə 6) 2.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci hissədə "Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında" sözləri "Prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında" sözləri ilə əvəz edilsin;
2.2. ikinci hissədən "(Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla)" sözləri çıxarılsın və həmin hissədə "hərbi və ya xüsusi" sözləri "xüsusi (hərbi, diplomatik)" sözləri ilə əvəz edilsin.
Maddə 3. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 55; 2006, № 2, maddə 73; 2007, № 6, maddə 562; 2012, № 7, maddə 670; 2013,  № 11, maddə 1315; 2014, № 6, maddə 601; 2017, № 5, maddə 692, № 6, maddə 1039, № 12 (I kitab), maddə 2216; 2022, № 8, maddə 823) 4-cü maddəsində ", xüsusi dövlət mühafizə xidməti" sözləri "orqanlarının, müvafiq icra hakimiyyəti orqanının təhlükəsizliyini təmin edən orqanın, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492; 2018, № 7 (I kitab), maddə 1401, № 11, maddə 2222; 2022, № 5, maddə 430) 5.4.3-cü maddəsində "dövlət mühafizəsi obyektlərinin" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin" sözləri ilə əvəz edilsin.
Maddə 5. "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 559; 2008, № 7, maddə 602; 2014, № 4, maddə 334; 2017, № 5, maddə 688; 2019, № 7, maddə 1178; 2020, № 7, maddə 830; 2021, № 8, maddə 896) 6.2-ci maddəsində "dövlət mühafizəsi obyektlərinə" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərə" sözləri ilə əvəz edilsin.
Maddə 6. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 23; 2022, № 3, maddə 191) 3-cü maddəsində "dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin təhlükəsizliyinin, xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video