Misir şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoymaq niyyətindədirlər
İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmidlə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfiri salamlayan Milli Məclisin sədri diplomata yeni vəzifəsində uğurlar arzulayıb və onun ölkəmizdə çalışdığı müddətdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inamını bildirib.
Sədr Azərbaycanla Misirin dost ölkələr olduğunu və dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. O diqqətə çatdırıb ki, bu il Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə sıx əməkdaşlıq formalaşıb.
Ölkələrimiz, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər.
Söhbət zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, turizm sahələrində əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri bildirib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Bu baxımdan parlament dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanlar var.
Sahibə Qafarova qarşılıqlı təmasların, səfərlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsindən danışan Sahibə Qafarova bildirib ki, bu Qələbə regionda yeni reallıqlar yaradıb. Azərbaycan davamlı sülhün, sabitliyin, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və bunun üçün Ermənistana bir sıra təkliflər irəli sürüb. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, bütün region ölkələrinin inkişafına öz töhfəsini verəcək.
Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid təbrikə görə təşəkkürünü bildirib və iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə və ölkəmizin təşəbbüsü ilə bu qurumun Parlament Şəbəkəsinin yaradılmasına görə təbriklərini çatdırıb.
Görüşdə səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini və həqiqətləri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb. Bildirib ki, Misir şirkətləri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoymaq niyyətindədirlər.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb
19 Aprel
Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar
19 Aprel
TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək
19 Aprel
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
19 Aprel
Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub
19 Aprel
Avropa Liqasının bütün yarımfinalçıları bəlli olub
19 Aprel
Fotoları canlandıran yeni süni zəka modeli təqdim edilib
19 Aprel
ABŞ Fələstinlə bağlı qətnaməni blokladı
19 Aprel
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə ...
19 Aprel
Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!