25 Noyabr 2021 00:36
3261
ELANLAR
A- A+

Mişlen mükafatına layiq görülmüş İtaliyanın ən məşhur aşpazlarından biri “Gazelli Cafe”də yüksək qastronomiya sirlərini bölüşüb

 

Mişlen mükafatına layiq görülmüş məşhur baş aşpaz Cuzeppe Kasto “Gazelli Cafe”nin dəvəti ilə ilk dəfə Bakıya səfər etmişdir. Səfər çərçivəsində Kasto Azərbaycan milli mətbəxindən təamları dadmış,

diqqətçəkən yerləri ziyarət etmiş, həmçinin bir sıra kulinar ustad dərsləri keçmişdir. O, “Gazelli Cafe”nin baş aşpazı Timur Pivkin və komandası ilə yüksək qastronomiya sirlərini bölüşmüşdür.

Baş aşpazın sözlərinə görə, kulinariya sahəsində karyerasına başlamazdan əvvəl beş il ərzində mehmanxana işi institutunda təhsil alıb. Universiteti bitirdikdən sonra Cuzeppe dünyanı səyahət etməyə başlayıb və çox sayda müxtəlif ölkəyə səfər edib. Kasto öz restoranını doğma Siciliyada açmışdır. 2010-cu ildə isə Cuzeppe Kasto kulinariya sahəsində ən yüksək mükafatlardan birinə - MICHELİN ulduzuna layiq görülmüşdür.

“Mən həmin günü çox gözəl xatırlayıram. Sanki dünən idi. MICHELİN ulduzu uzun illər çalışıb səy göstərdiyim arzudur, kulinariya sahəsində yüksək nüfuzdur. Bu, böyük məsuliyyətdir, böyük əmək və səy tələb edir”, - deyə C.Kasto fikirlərini bölüşmüşdür.

Diqqətəlayiq yerlərdən başqa, italiyalı baş aşpaz yerli bazarda da olmuşdur. Ustad dərsləri zamanı baş aşpazın komandası tərəfindən təqdim edilən yeməklərin yerli Azərbaycan məhsullarından hazırlandığını vurğulamışdır. Dequstasiyaya təqdim olunan yeməklərin hər biri nəfis dadı, inanılmaz ətri və süfrəyə qeyri-adi formada təqdim edilməsi ilə fərqlənirdi.

“Baş aşpaz və bütün “Gazelli Cafe” komandası ilə işləmək imkanı qazandım. Biz kulinariyanın sirlərini bölüşdük və təcrübə mübadiləsi apardıq, həmçinin “Gazelli Cafe”nin koloritli və beynəlmiləl menyusu üçün bir neçə maraqlı yemək yaratdıq”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video