14 Yanvar 2025 23:22
615
İDMAN
A- A+
"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  


Birinci liqada yarışan "Mingəçevir" futbol klubu ilə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.

Trend xəbər verir ki, imzalanma mərasimi sabah Bakıda keçiriləcək.

ASTA uşaq futbolunun inkişafına dəstək məqsədilə yaradılıb və iş adamı Adnan Əhmədzadəyə bağlı qurumdur. Qeyd edək ki, sabahkı tədbirin təşkilatçıları sırasında Futbolun İnkişafı Fondu da var.

Bir müddətdir mediada məlumat yayılıb ki, Adnan Əhmədzadə "Mingəçevir" klubuna sponsor olmaq niyyətindədir və bu məqsədlə AFFA-ya müraciət edib.

Xatırladaq ki, ASTA-nın maliyyə dəstəyi ilə Azərbaycanın 15 yeniyetmə futbolçusunun Barselonada “Marcet” akademiyasında təlim keçəcəyi xəbərləri bir müddət əvvəl diqqət mərkəzində olub.

Adnan Əhmədzadə həmçinin dünya futbol ulduzu Lionel Messi ilə yaxınlığı ilə tanınır. Ötən ay Argentina millisinin kapitanı məhz onun təşkilatçılığı ilə Bakıya səfər edib.

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutub.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NİİM paytaxt yolları ilə bağlı məlumat yayıb

11:29
14 Fevral

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

11:28
14 Fevral

“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində

11:15
14 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:05
14 Fevral

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşüb

11:03
14 Fevral

Mərkəzi Bank 4 innovativ məhsulu sınaqdan keçirir

11:01
14 Fevral

Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb  

10:59
14 Fevral

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub 

10:07
14 Fevral

Müxalifətin Paşinyana hücumu daha radikal xarakter alır

09:55
14 Fevral

Goranboyda "Böyük qayıdış" adlı gənclər düşərgəsi təşkil olunub

09:50
14 Fevral

Samuxda "Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir olmuşdur

09:45
14 Fevral

“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə

09:42
14 Fevral

Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib

09:40
14 Fevral

Məğlubedilməz şahinlərimiz

09:40
14 Fevral

Konfrans Liqasında pley-off mərhələsi 4 oyunla start götürüb

09:39
14 Fevral

Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib

09:35
14 Fevral

Liderlik məsuliyyəti

09:30
14 Fevral

Azərbaycan-Çin münasibətləri artıq beynəlxalq dəhlizlərlə məhdudlaşmır

09:25
14 Fevral

Çin həm də "yaşıl tərəfdaş"ımızdır

09:20
14 Fevral

Mədəniyyət sahəsində əlamətdar və unudulmaz olan bir il 

09:15
14 Fevral

"Bizim ailəmiz türk dünyasıdır"

09:10
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!