Mingəçevir Dövlət Universiteti "Erasmus+" proqramının qalibi olub
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş "Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi" (Enhancing sustainable entrepreneurial ecosystem in Higher Education Institutions of Azerbaijan - ENGAGE) mövzusunda "Erasmus+" layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib. Bununla da MDU koordinator statusunda "Erasmus+" layihəsində qalib gələn ilk region universiteti olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarətdir. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan tədbirlər ali təhsil müəssisələrində daha çox innovativ ideyaların yaradılmasını, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılmasını, startap fəaliyyətlərinin genişləndirilməsini və universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur. Layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrəniləcək, layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək.
MDU-nun koordinatorluğu və idarəçiliyi ilə həyata keçiriləcək ENGAGE layihəsi 36 ay ərzində reallaşdırılacaq. Layihənin ilkin büdcəsi 800 min avrodur. Layihənin məzmununun hazırlanmasında Bakı Biznes Universitetinin təcrübəli əməkdaşları da fəal iştirak ediblər.
Layihənin əsas benefisiarları qismində Azərbaycanın 11 ali təhsil müəssisəsi (Mingəçevir Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universiteti) nəzərdə tutulub.
Eyni zamanda layihənin Azərbaycandan olan tərəfdaşları sırasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (İB) da yer alıb.
ENGAGE layihəsinin 5 Avropa İttifaqı ölkəsini təmsil edən tərəfdaş universitetləri bunlardır: Estoniyadan Tallin Texnologiya Universiteti (Tallin University of Technology), İsveçdən KTH Royal Texnologiya İnstitutu (KTH Royal Institute of Technology), Portuqaliyadan Lissabon Universiteti (University of Lisbon), İspaniyadan Kataloniya Politexnik Universiteti (Polytechnic University of Catalonia), Polşadan WSG İqtisadiyyat Universiteti (WSG University of Economy).
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!