Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri ilə görüşüb
Mayın 20-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu söyləyib. Deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə münasibətlərinin dünya siyasi sistemində alternativi yoxdur. Münasibətlərimiz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edir. Sevindirici haldır ki, qardaşlıq münasibətlərimiz gündən-günə möhkəmlənir. Əlaqələrimizin inkişafında dövlət başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri böyük rol oynayır. Milli Məclisin sədri Azərbaycan və Türkiyə prezidentlərinin Rize-Artvin Hava Limanının açılışındakı iştirakını xatırlayaraq, iki dost və qardaş ölkə başçısının bu cür tədbirlərdə birgə iştirakını dostluğumuzun bariz nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir.
Parlamentin sədri bu günlərdə İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Bakıya səfərini və tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə birlikdə Şuşa şəhərini ziyarət etməsini məmnunluqla xatırlayıb.
Milli Məclisin sədri Türkiyə Hesablama Məhkəməsi rəhbərinin Bakıya səfərinin hər iki ölkənin audit qurumları arasında əlaqələrin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, qardaş ölkələrimizin dövlət qurumları və institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verir.
Sahibə Qafarova əlaqələrimizin daha da dərinləşməsində parlamentlərin özünəməxsus rolundan söz açaraq, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, Milli Məclislə TBMM arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Deputatlarımız ikitərəfli və çoxtərəfli formatlarda uğurlu fəaliyyət göstərirlər. Yaxın günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Beynəlxalq əlaqələr komitələrinin Bakı və Şuşa şəhərlərində növbəti üçtərəfli görüşü keçiriləcək. Bu tədbirlər əlaqələrimizin daha da dərinləşməsi baxımından önəmlidir.
Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, iki dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın həyatın müxtəlif sahələrində daha da dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.
Metin Yener deyib ki, iki ölkənin audit qurumları arasında təcrübə və informasiya mübadiləsi tərəflər üçün çox əhəmiyyətlidir. Qonaq ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun iqtisadi, mədəni, humanitar sahələrə də müsbət təsir etdiyini söyləyib.
Qeyd edilib ki, Azərbaycanın qazandığı nailiyyətlər Türkiyəni də sevindirir. Bu dostluq və qardaşlıq hər iki ölkənin beynəlxalq müstəvidə nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!