Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
İspaniyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Pakistan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq, hər zaman bir-birini dəstəklədiyini söyləyən Milli Məclisin sədri yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.
O, bu ilin yayında Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin ölkəmizə rəsmi səfərinin əlamətdar hadisələrlə müşayiət olunduğunu xatırladaraq, səfər çərçivəsində Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında imzalanan Anlaşma Memorandumunun, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə qəbul edilən Bakı Bəyannaməsinin tarixi əhəmiyyətə malik olduğunu, 3 qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya və işğaldan azad olunmuş Füzuliyə səfərlərinin böyük rəmzi məna daşıdığını vurğulayıb.
Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü dəstəklədiklərinə görə Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə razılığını bildirib.
Görüşdə Əsəd Qeysər Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. O, qeyd edib ki, Pakistanın mövqeyi dəyişməzdir, ölkəsi hər zaman Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Pakistan Milli Assambleyasının sədri post-müharibə dövründə Azərbaycanın bölgədə əmin-amanlığın yaranması istiqamətində mühüm addımlar atdığını, eyni zamanda işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa və quruculuq işləri apardığını təqdir etdiklərini bildirib. O, Şuşaya və Füzuliyə səfər zamanı gördüklərindən çox təsirləndiyini qeyd edib.
Əsəd Qeysər ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, hərtərəfli əməkdaşlığın perspektivdə genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Söhbət zamanı ikitərəfli münasibətlərin, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrimizin dərinləşməsinin xalqlarımızın mənafeyinə xidmət edəcəyinə inam ifadə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!