08 Iyun 2022 19:09
867
PARLAMENT
A- A+

Milli Məclisin sədri Çili Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfiri Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu deyən Sahibə Qafarova Azərbaycanla Çili arasında diplomatik əlaqələrdən, münasibətlərimizin hazırkı vəziyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan və Çili ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Həmçinin bildirilib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvləridir və bu, əməkdaşlıq üçün vacib platformadır.

Milli Məclisin sədri deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Sahibə Qafarova Çili Milli Konqresinin Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Yeni seçilmiş Deputatlar Palatasında da belə bir qrupun formalaşacağına inamını ifadə edib.

Parlamentin spikeri qarşılıqlı təmasların, səfərlərin məlumatlılığının artırılması, xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətindən danışıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsindən danışan Sahibə Qafarova Azərbaycanın sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsi ilə regionda yeni reallıqlar yaranıb. İnanırıq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaqdır. Sülh sazişinin imzalanması bütün region ölkələrinin inkişafı baxımından əhəmiyyətli olacaq.

Çilinin ölkəmizdəki səfiri Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, bu baxımdan bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Səfir ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video