13 Iyun 2022 22:10
951
PARLAMENT
A- A+

Milli Məclisin sədri BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşüb  

İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən parlamentin sədri Sahibə Qafarova bu səfərin BMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Bu ilin fevral ayında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə Milli Məclisdə görüşünü xatırlayan sədr həmin görüş barədə təəssüratlarını bölüşüb. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu il biz Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyini qeyd edirik. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının həmişə çox fəal üzvü olub. Ölkəmiz 155 üzv dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da ölkəmizin beynəlxalq nüfuzuna dəlalət edir.

Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal maraq doğuran məsələlərə öz töhfəsini verir. Ölkəmiz sədrliyi dövründə bu təşkilatın bir neçə sessiyasının çağırılmasının təşəbbüskarı olub. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradıb. Parlament Şəbəkəsinin Birinci Konfransının bütün üzv ölkələr üçün faydalı olacağına inanırıq.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan çoxmədəniyyətli ölkədir. Multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə müxtəlif dini və etnik qruplar əsrlər boyu sülh və dostluq şəraitində birgə yaşayıblar.

Azərbaycanda qadınların ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak etdiyini diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, Azərbaycan Şərqdə qadına seçki hüququ vermiş ilk ölkədir. Bu gün Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin parlamentdə müvafiq komitə fəaliyyət göstərir.

Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqdan danışan Sahibə Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu vurğulayıb. Sədr tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib.

Azərbaycan Milli Məclisində olmaqdan məmnunluğunu bildirən BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid BMT-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib.

Söhbət zamanı qonaq parlament şəbəkəsinin qurulmasında Azərbaycanın təcrübəsi və aktiv rolu, gender bərabərliyi, qadınların siyasətdə iştirakı, regionda davamlı sülhün təmin olunmasının vacibliyi və digər məsələlər barədə fikirlərini açıqlayıb.

Görüşdə qonaq Azərbaycanın azad edilmiş ərazilərini tezliklə bərpa edəcəyinə və orada yenidən həyatın öz axarına qayıdacağına inamını ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video