19 Yanvar 2023 22:10
583
PARLAMENT
A- A+

Milli Məclisin Regional məsələlər komitəsində 4 qanun layihəsi müzakirə edilib

 

Yanvarın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitə sədri Siyavuş Novruzov ötən ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib. S.Novruzov, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən il Azərbaycanda sistemli islahatların davam etdirilməsi, idarəetmədə səmərəliliyin artırılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, milli maraqlarının qətiyyətlə qorunması, milli suverenliyin müdafiəsi kimi istiqamətlərdə əldə olunan nailiyyətləri vurğulayıb. Cari ildə də bu nailiyyətlərin davamlı olacağına əminliyini bildirib.

Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planı və 4 qanun layihəsi daxil edilib.

Əvvəlcə hesabatı təqdim edən komitə sədri hesabat dövründə Regional məsələlər komitəsinin 4-ü onlayn olmaqla 6 iclasının keçirildiyini bildirib. İclaslarda baxılan məsələlər və qanun layihələri barədə məlumat verib.

Siyavuş Novruzov Regional məsələlər komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

Daha sonra Regional məsələlər komitəsinin sədri gündəliyə daxil edilən qanun layihələri barədə məlumat verib. O, bildirib ki, gündəliyə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”də, “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi”ndə və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, sənədlərdə mətn boyu “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitələrində” kimi sözlərin “media subyektləri”, “mediada” kimi sözlərlə əvəz olunması təklif olunur.

İclasda komitə üzvləri Cavid Osmanov, Kamran Bayramov, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Tahir Rzayev müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər. Deputatlar, həmçinin bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, regional idarəetmənin təkmilləşdirilməsi və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.

İclasda Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. Gündəliyə daxil edilən qanun layihələri də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Nizami Cəfərov, Emin Hacıyev, Malik Həsənov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video