Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında üç məsələ müzakirə olunub
Sentyabrın 19-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısının rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alındığını bildirib. İclas iştirakçıları təxribatın qarşısı alınarkən şəhid olmuş Azərbaycan hərbi qulluqçularının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Fəzail İbrahimli bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Komitə sədri əvvəlcə 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, bu müddət ərzində komitənin 3 iclası keçirilib, 5 məsələyə baxılıb. Komitədə “Dini etiqad azadlığı haqqında” qanun layihəsi üç oxunuşda müzakirə olunub və Milli Məclisin plenar iclasında qəbul edilib. Bununla yanaşı, komitənin İnsan hüquqları komitəsi ilə birgə Şuşa şəhərində birgə dinləməsi keçirilib. Tədbirdə “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər”, “Böyük Qayıdış və Reinteqrasiya: məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu”, “Şuşa İli Qarabağda Zəfərin davamı kimi: beynəlxalq hüquqi, regional və humanitar nəticələri” mövzularında fikir mübadiləsi aparılıb.
Fəzail İbrahimli diqqətə çatdırıb ki, ötən sessiyalar ərzində komitədə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 100 ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Eyni zamanda, vətəndaşların şifahi müraciətləri də mütəmadi olaraq dinlənilib, onlara lazımi izahatlar verilib.
Bildirilib ki, hesabat dövründə komitənin rəhbərliyi və üzvləri ölkəmizdə səfərdə olan xarici ölkələrin nümayəndə heyətləri ilə bir sıra görüşlər keçiriblər. Bununla yanaşı, komitə üzvləri nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində də fəal iştirak ediblər.
Sonra komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinə baxılması, müxtəlif mövzularda ictimai dinləmələrin keçirilməsi, QHT-lərin və dini qurumların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
İclasda komitə sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. “Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ-hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.
Bununla əlaqədar olaraq “Dini etiqad azadlığı haqqında” Qanunun 12-ci maddəsinə təklif olunan əlavəyə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya dini qurum tərəfindən təmin edilir.
Təklif olunan dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Komitə üzvləri Azay Quliyev, Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Azər Badamov, Sevinc Fətəliyeva, Anar İsgəndərov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb, bəzi təkliflər veriblər.
İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyalarında İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Deputatlar “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasın sonunda komitənin sədri və üzvləri son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdikləri təxribatla bağlı fikirlərini səsləndiriblər. Deputatlar, habelə ABŞ Konqresinin vəzifəli şəxsinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərə münasibətlərini bildiriblər. Bu məsələ ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovanın bəyanatını xüsusi qeyd ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!