27 Yanvar 2022 20:04
454
SİYASƏT
A- A+

Milli Məclisin deputatının itkin düşmüş 4000 qədər azərbaycanlı ilə bağlı AŞPA-dakı çıxışı yazılı şəkildə parlamentarilərə təqdim olunub

Azərbaycan həbsxanalarında Ermənistan vətəndaşı olan dustaqlar var. Onlar 2020-ci il noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazisində əllərində silah saxlanılıblar. Onların bəziləri Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalında döyüşçü kimi iştirak edərək, ölkəmizin ərazisində cinayətlər, o cümlədən qətllər törədiblər. Onlardan daha yüngül cinayət törədənlər bir sıra ölkələrin diplomatik səyləri nəticəsində Ermənistana qaytarılıb. Onlar Ermənistanda da həbsdədirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun qış sessiyasının 8-ci seansında “Avropa Şurası ərazisində məcburi itkin düşmələrə son qoymaq” adlı müzakirələr zamanı çıxışında ifadə edib. Çıxış avropalı parlamentarilərə yazılı şəkildə təqdim olunub. Ölkəmizdə həbsdə olan ermənilərin müharibə əsiri olmadıqlarını diqqətə çatdıran N.Arpadarai bildirib ki, üçtərəfli Bəyanatdan sonra Azərbaycan torpaqlarında cinayətlər törətmək planı olan bu şəxslər əllərində silah özləri təslim olublar. Onlar itkin düşmüşlər siyahısında yer almırlar, törərdikləri cinayətin cəzasını çəkirlər və milli qanunvericiliyimizə uyğun olaraq vaxtı çatanda azad ediləcəklər.

“Ancaq Birinci Qarabağ müharibəsi zamanı 4 minə qədər azərbaycanlı itkin düşüb, 267 nəfər Ermənistan tərəfindən girov götürülüb və bu günə qədər azad edilməyiblər.

Erməni işğalçılarının Xocalı şəhərini işğal edərkən törətdikləri qırğın zamanı 600-dən çox mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 36-sı uşaq, 65-i qadın olmaqla, itkin düşmüş 200 Xocalı sakini haqqında Ermənistan hələ də məlumat verməyib. Erməni hərbçilərinin törətdiyi Xocalı qətliamı insanlığa qarşı ən ağır cinayətlərdəndir və bu, Ermənistan tarixində ən utancverici səhifə kimi qalacaq”, - deyə azərbaycanlı deputat qeyd edib.

O xatırladıb ki, Qarabağ müharibələri Azərbaycan ərazisində baş verib. Birinci Qarabağ müharibəsi 30 illik işğal və azərbaycanlılara qarşı etnik təmizləmə ilə nəticələnib. Bildirib ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı və yuxarıda xatırladılan itkin düşmüş minlərlə Azərbaycan vətəndaşının axtarışı üçün, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanda olduğunu inkar edəndə heç nə etməyib. Artıq 30 ildir dörd minə qədər azərbaycanlı itkin düşüb. Onların yaxınlarının ümidi də itib.

Azərbaycanlı deputat bu baxımdan məruzədə göstərilən istinadların artıq aktuallığını itirdiyini və tam olmadığını qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video