19 Dekabr 2024 18:27
1098
PARLAMENT
A- A+
Milli Məclisdə hakimliyə namizədlərlə görüş olub

Milli Məclisdə hakimliyə namizədlərlə görüş olub

Dekabrın 19-da Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından söz açaraq, hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığı, onların fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, qərəzsizliyə və insani keyfiyyətlərə dönmədən əməl olunması ilə bağlı fikirlərini bölüşüb. Milli Məclislə məhkəmə hakimiyyəti arasında səmərəli və sıx əməkdaşlığı qeyd edən komitə sədri beynəlxalq hüququn milli qanunvericiliyə implementasiyası istiqamətində parlamentin gördüyü işlərdən danışıb.

Sonra Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov müasir beynəlxalq hüquqda mövcud olan beynəlxalq cinayətlərin təhlilini verərək, onların nəzəri və tətbiqi aspektləri, beynəlxalq cinayətləri təqibetmə rejimləri barədə fikirlərini bildirib.

Görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məsələlərinə toxunulub.

Tədbir çərçivəsində hakimliyə namizədlər parlamentin inzibati binası ilə tanış olublar. Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı onlara Milli Məclisin fəaliyyəti, deputatlar üçün burada yaradılmış iş şəraiti, parlamentin plenar iclasının keçirilməsi prosedurları haqqında məlumat verilib. Sonra Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edən qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yaradılmış Zəfər guşəsi ilə tanışlıqda bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.

Tədbir zamanı görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət istiqrazlarından əldə olunan vəsaitlə investorlara 1,9 milyard manat borc ödənişi edilib  

16:25
13 Fevral

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb YENİLƏNİB  

16:24
13 Fevral

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: əməkdaşlıq genişləndirilir  

15:51
13 Fevral

Laşa Darsaliya: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı nümunədir

15:49
13 Fevral

Türkiyə və Pakistanın liderləri iki ölkə arasında dostluğun sarsılmaz olduğunu bildiriblər

15:48
13 Fevral

Münxendə avtomobilin mitinq iştirakçılarının üzərinə hərəkət etməsi nəticəsində azı 20 nəfər xəsarət alıb YENİLƏNİB  

15:47
13 Fevral

Türkiyə ordusu son bir həftə ərzində Suriya və İraqda 56 terrorçunu məhv edib

15:46
13 Fevral

Ötən ay neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalıb

15:43
13 Fevral

Dövlət zəmanətli borcun ÜDM-də payı açıqlanıb

15:23
13 Fevral

Somali Prezidenti komando hərbi hissəsində olub

15:01
13 Fevral

 Azərbaycan və Somali həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb

14:40
13 Fevral

Türkiyənin sabiq səfiri: Bakı ilə Pekin arasında dialoq Avrasiyada əməkdaşlığa sanballı stimuldur 

14:22
13 Fevral

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

14:04
13 Fevral

Maliyyə Nazirliyi: Ötən il Azərbaycanın dövlət borcu ÜDM-in 21,7 faizini təşkil edib  

13:58
13 Fevral

Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

13:38
13 Fevral

ASK: Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur  

13:34
13 Fevral

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır  

13:29
13 Fevral

bp Cənubi Qafqaz Boru Kəmərinə olan xərclərini artırıb  

13:26
13 Fevral

Azərbaycanın yeniyetmə taekvondoçuları beynəlxalq turnirdən 6 medalla dönürlər  

13:22
13 Fevral

Sabah paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq  

13:18
13 Fevral

Ötən il Səngəçal terminalından 225 milyon bareldən çox neft və kondensat ixrac edilib  

13:14
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!