19 Sentyabr 2012 01:09
494
PARLAMENT
A- A+

Milli Məclisdə «Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» qanun layihəsi müzakirə ediləcək

 

Dünən Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Komitə sədri Nizami Cəfərov bildirib ki, rəhbərlik etdiyi qurumun 2012-ci il payız sessiyası ilə bağlı qanunvericilik işləri planına iki qanun layihəsi daxil edilib.

Bunlar "Mədəniyyət haqqında", digəri isə "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələridir. N.Cəfərovun sözlərinə görə, "Mədəniyyət haqqında" qanun layihəsi birinci oxunuşda parlamentin yaz sessiyasında müzakirə olunaraq qəbul edilib. Payız sessiyasında sənəd ikinci oxunuşda müzakirəyə çıxarılacaq. "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi adıçəkilən komitənin üzvü professor Rafael Hüseynov tərəfindən hazırlanıb. Həmin qanun layihəsinin payız sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılması gözlənilir.

N.Cəfərov qeyd edib ki, Mədəniyyət komitəsinin Milli Məclisin yaz və növbədənkənar sessiyalarında iki iclası keçirilib və həmin iclaslarda üç məsələ müzakirə olunub və parlamentin plenar iclasına çıxarılaraq qəbul edilib.

Bundan əlavə, komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə və təşkilatlardan daxil olan 80 məktub, təklif, ərizə və şikayətə baxılıb. Ötən dövrdə komitə sədri tərəfindən 18 vətəndaş qəbul edilib.

Sonra iclasda "Milli arxiv fondu haqqında" və "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələr müzakirəyə çıxarılıb. Qeyd edilib ki,  "Milli arxiv fondu haqqında" qanunun 8-ci maddəsinin 3-cü hissəsində "daxili işlər" sözlərindən sonra "fövqəladə hallar" sözləri əlavə edilir. Qeyd edək k, dəyişiklik Dövlət Arxiv Fondunun xüsusi hissəsi ilə bağlıdır.

İkinci sənədlə bağlı təklif olunan dəyişikliyə əsasən isə, tarixi abidələrin təsdiqlənmiş siyahısından abidənin adının çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, digər müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Mövcud variantda göstərilir ki, Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin təsdiqlənmiş siyahısından adların çıxarılmasına yol verilmir.

Müzakirələrdən sonra komitə üzvləri dəyişiklikləri müsbət qiymətləndiriblər və sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video