05 Noyabr 2024 08:00
287
SİYASƏT
A- A+
Milli gücün təntənəsi

Milli gücün təntənəsi


Mənə "ömrünün ən unudulmaz gününü söylə" sualını verənlərə tərəddüd etmədən "8 noyabr 2020-ci il" deyərdim. Bu tarix tək mənim deyil, Azərbaycanın hər bir vətəndaşı, türk dünyası üçün unudulmaz, əsrlərlə xatırlanacaq, bayram ediləcək gündür. 

Bu gün 30 il həsrətini çəkdiyimiz, gözlədiyimiz, uğrunda qan axıtdığımız, can verdiyimiz tarix olmaqla bərabər, həm də əsrlərlə itirdiklərimizin, saxlaya, qoruya bilmədiklərimizin qaytarıldığı gündür - Zəfərimizin, suverenliyimizin tam təmin edilməsinin təməlidir. 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə düşündüyü, hazırladığı hərbi strategiyanın, ordumuzun qüdrətinin, xalqımızın birliyinin təntənəsi olan, dünyanı heyrətdə qoyan, Ermənistanı acınacaqlı vəziyyətə salan Zəfər yürüşümüz, qələbə arzularımız, bayram sevinclərimiz torpaqdan, yurddan, inamdan güc aldığı üçün qüdrətləndi, qürurlandı, düşməni isə sarsıtdı, əzdi.

30 il əzab-əziyyət içərisində yaşayan və torpaq həsrəti çəkən, şəhər və kəndləri, tarixi, dini, mədəni abidələri viran edilən, sinəsinə dağ çəkilən - öldürülən, başı kəsilən, gözü çıxarılan, diri-diri basdırılan, əsir götürülən, ancaq haqq səsi eşidilməyən bir xalqın ahının-amanının, nifrətinin, qəzəbinin təlatümüdür bu Zəfər. Ədalətə, həqiqətə, insanlığa, demokratiyaya, bəşəri ideyalara, xalqa, torpağa məhəbbətin, sədaqətin, özünə, sözünə güvəncin, saxta vədlərə, qərarlara, gücsüz, gərəksiz qətnamələrə, boğazdan yuxarı çıxışlara etirazların, inamsızlığın, öz gücünə etibarın ifadəsidir bu Zəfər. Zəfər günümüzü yaxınlaşdıran, qələbəyə gedən yolumuzu işıqlandıran isə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti, reallıqları düzgün qiymətləndirməsi, vaxtı, zamanı zərgər dəqiqliyi ilə ölçüb-biçməsi, ordunu gücləndirməsi, xalqı öz ətrafında sıx birləşdirməsi idi. 

Zəfərimiz Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarına sadiqlikdən qaynaqlanır və onun vətənə, torpağa məhəbbətindən qüvvət alır. Azərbaycan Prezidentinin qüdrəti, məharəti və uzaqgörənliyi məhz bu ideyalara mükəmməl yiyələnməsində və əməlində yaşatmasındadır. Cənab İlham Əliyev 31 oktyabr 2003-cü il tarixdə andiçmə mərasimində bildirirdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək... Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Ümummilli Liderimiz Heydər Əliyevin ən başlıca amalı, siyasət xəttinin əsas istiqaməti Azərbaycanı bütöv, tam suveren, torpaqlarımızı işğaldan azad görmək idi. Ulu Öndər buna əmin idi və dəfələrlə bildirmişdi ki, torpaqlarımız erməni təcavüzkarlarından təmizlənəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Bu amalı, istəyi, arzunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ustalıqla düşünüb hazırladığı siyasi və hərbi taktikanın - güclü ordu yaratmaqla, xalqı səfərbər etməklə reallığa çevirə bildi və əleyhimizə olan beynəlxalq gücləri, bəzi dövlətləri mat edərək 44 günlük müharibəni böyük qələbə ilə başa çatdırdı.

Azərbaycan Prezidentinin söylədiyi "Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırıq və yaxınlaşdırdıq" ifadələri xalqa, orduya inamdan, qarşıya qoyulan vəzifələrə dəstəkdən gəlirdi. Cənab İlham Əliyev ordu quruculuğunu inkişaf etdirdi və ordunu gücləndirdi. Ordunun döyüş qabiliyyəti yüksəldildi, müasir silah-sursatla, texnika ilə təchiz edildi. Ölkənin hərbi sənaye kompleksi yaradıldı. İqtisadi inkişafa dəstək verən çox mühüm layihələr hazırlanıb yerinə yetirildi. Beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə əlaqələr genişləndirildi və milli maraqlara xidmət edən mühüm sənədlər imzalandı. 

Xalqda qələbəyə böyük inam yaradıldı, orduya dəstək gücləndirildi. Torpaq uğrunda döyüşmək borca deyil, amala çevrildi. 44 günlük müharibə zamanı erməni ordusunda 10 mindən çox fərari olduğu halda əsgər və zabitlərimizdən bir nəfər belə azğın düşmənlə mübarizədə geriyə addım atmadı. On minlərlə insanın orduya könüllü yazılması və təxribatlar zamanı bir nəfər insanın belə öz evini tərk etməməsi xalqımızın mətanətinin və qələbəyə olan inamının ifadəsi idi. Ölkə rəhbərinin bildirdiyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəli gedirdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyin və birliyin yeni bir nümunəsi oldu və dünyaya ölkədə yaşayan bütün xalqların bir məqsəd uğrunda mübarizə apardığını sübut etdi. Tarixi qələbə yeni inkişafa, ölkənin tərəqqisinə, beynəlxalq əməkdaşlığa yeni imkanlar yaratdı. Dünya Azərbaycanı öz azadlığı, haqq-ədalət, demokratiya, insan haqları uğrunda qətiyyətlə mübariz, öz sözünü deməyə qadir, güclü orduya və birliyə malik bir dövlət kimi tanıdı və dəyərləndirdi. Zəfərimiz 23 saatlıq antiterror tədbirlərinin uğurla nəticələnməsinə, erməni təcavüzkarlarının ayaqlarının torpaqlarımızdan kəsilməsinə zəmin yaratdı və güclü orduya, döyüşkən xalqa malik olduğumuzu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti qələbələrin əsasını ilk növbədə ictimai-siyasi sabitlikdə və iqtisadi inkişafda görür, bunun üçün möhkəm zəmin hazırlayırdı. İnsanlarla səmimi görüşlər, regionlara səfərlər, qarşılıqlı fikir mübadilələri, siyasi plüralizmə, söz azadlığına imkan yaradılması, sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının, layihələrin həyata keçirilməsi uğurlara yollar açır, dövləti gücləndirir, xalqı bir məqsəd uğrunda səfərbər edirdi.

Mühüm əhəmiyyətli islahatların nəticəsidir ki, artıq ölkə üzrə iqtisadi artım 4,3 faiz təşkil edir ki, bu da dünyada baş verən gərginliklər və geosiyasi vəziyyətdə müsbət göstəricidir. Cənab İlham Əliyev bəyan edir ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib: "Biz öz resurslarımıza arxalanaraq güclü, müstəqil  iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki aparmışıq və aparacağıq".

Əlbəttə ki, bu müstəqil siyasətin təməlində ölkəmizin milli təhlükəsizliyi, müdafiə qüdrətinin möhkəmləndirilməsi, ordunun gücləndirilməsi, xalqın rifah halının yaxşılaşdırılması və  xoşbəxt həyatının təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, tikinti, abadlıq, quruculuq işlərinin sürətləndirilməsi durur. Bu istiqamətlərdə həyata keçirilən tədbirlər vətəndaşlarımızda qürur hissi doğurmaqla bərabər, həm də onları yeni zəfərlərə, uğurlara həvəsləndirir. 

Çox təəssüflər olsun ki, tarixi zəfərimizi, müstəqil siyasətimizi, beynəlxalq aləmdə artan nüfuzumuzu həzm edə bilməyən, gözü götürməyən xarici dövlətlər, beynəlxalq təşkilatlar, ikiüzlü siyasətçilər də var. 30 ildən sonra torpaqlarımızı azğın, qaniçən erməni cəlladlarından təmizləməyimizi, suverenliyimizi tam bərpa etməyimizi, haqqa, ədalətə sahib olmağımızı bu gün nədənsə Qərb ölkələri - ABŞ, Fransa, Avropa İttifaqı, AŞPA anlaya bilmir, qəbul etmir və uğurlarımıza kölgə salırlar. Xalqımızı, dövlətimizi Ermənistana qəsd etməkdə, erməni faşistlərini incitməkdə, torpaqlarımızdan çıxarmaqda günahlandırırlar. Əsası olmayan qətnamələr, qərarlar qəbul edirlər, hər bir cəhdlə Azərbaycanı gözdən salmağa çalışırlar. Əksinə, xalqımıza qarşı soyqırımları, faciələr törədən Ermənistanı dəstəkləyir, silahlandırır, yeni müharibəyə hazırlayırlar. Ancaq göstərilən bütün cəhdlər əbəsdir, çünki Azərbaycan haqq yolundadır, zəfər qazanıb və yeni zəfərlər sorağındadır. Dövlətimiz işğal zamanı ermənilərin viran qoyduqları rayonlarımızı, şəhər və kəndlərimizi öz maliyyə hesabına abadlaşdırır, bu yerlərə həyat verir.

Azərbaycan Prezidentinin yürütdüyü düzgün və məqsədyönlü siyasət sayəsində iqtisadi və siyasi gücümüz durmadan artır, beynəlxalq nüfuzumuz yüksəlir, dövlətimiz COP29 kimi dünya əhəmiyyətli tədbirlərə evsahibliyi edir, öz nailiyyətləri ilə insanları sevindirir.

"Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir" prinsipi ölkəmizin rəhbərinin həyatının və fəaliyyətinin əsas devizidir. Heç bir qüvvə bu birliyi sarsıda, bu zəfərə kölgə sala, uğurlarımızın qarşısını ala, xalqımızı haqq, mübarizə yolundan döndərə bilməz. Bayrağımız ölkənin bütün ərazilərində dalğalanır, əminik ki, hər zaman dalğalanacaq və xalqımıza səadət, vüqar bəxş edəcək.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Stratcom 24”-də “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda iclas keçirilib

23:03
13 Dekabr

Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

22:59
13 Dekabr

Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib  

22:53
13 Dekabr

Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

22:49
13 Dekabr

DİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib  

22:38
13 Dekabr

Hikmət Hacıyev: Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır

21:39
13 Dekabr

Milli Müdafiə Universitetində NATO Müdafiə Kollecinin nümayəndələri ilə görüş keçirilib  

21:23
13 Dekabr

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gədəbəydə vətəndaşlarla görüşüb

21:09
13 Dekabr

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub

20:51
13 Dekabr

Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir

20:42
13 Dekabr

Parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər müzakirə ediləcək  

20:36
13 Dekabr

Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəkləşib – Vətənimizə qovuşmuşuq

20:30
13 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

20:21
13 Dekabr

DGK sədri Salyanda vətəndaşlarla görüşüb

20:19
13 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib

19:20
13 Dekabr

Fələstin Prezidenti Mahmud Abbas İtaliyada müxtəlif görüşlər keçirib

18:47
13 Dekabr

Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

18:16
13 Dekabr

MOK-da II Təhlükəsiz İdman Forumu keçirilib

18:06
13 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

18:01
13 Dekabr

Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub  

18:00
13 Dekabr

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

17:59
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!