Milan Politexnik Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb
Milan Politexnik Universitetinin yeddi nəfərdən ibarət nümayəndə heyəti iyunun 19-22-də İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Memarlıq və dizayn fakültəsini təsis etmək üçün ilkin araşdırmanın aparılması idi.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.
Nümayəndə heyəti ölkənin memarlıq və şəhərsalma üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün ADA Universitetinin rektoru Hafiz Paşayev ilə müzakirələrlə yanaşı, bir sıra dövlət qurumları ilə sıx məşvərətlər aparıb. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşlər keçirilib.
İtaliya-Azərbaycan Universiteti hər iki dövlət üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində, eyni zamanda, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə də görüş keçirilib, əməkdaşlığın çərçivəsi və perspektivi müzakirə edilib.
Eyni zamanda, sözügedən fakültə çərçivəsində yaradılacaq akademik proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün Memarlar İttifaqının İdarə Heyətinin sədri professor Elbay Qasımzadə və bir qrup gənc memar ilə ətraflı fikir mübadiləsi aparılıb. Bundan əlavə, dizayn yönümlü proqramların hazırlanması üçün xalçaçılıq və digər xalq tətbiqi sənət növləri sahəsində ixtisaslaşmış yerli brendlerlə tanış olublar. Habelə nümayəndə heyəti Bakı şəhərinin memarlıq tarixi və ADA Universitetinin kampusunun dizaynı ilə də yaxından tanış olub.
İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, bu əməkdaşlıq çərçivəsində memarlıq, şəhərsalma, landşaft dizaynı, interyer, kommunikasiya və sənaye dizaynı kimi strateji sahələr üzrə akademik proqramlar təsis olunacaq. Bu proqramlar Milan Politexnik Universiteti ilə bərabər tədris olunacaqdır.
Milan Politexnik Universitetinin nümayəndə heyəti bildirib ki, bu əməkdaşlıqda məqsəd innovasiya yönümlü, lakin ölkənin milli mədəniyyətini, mənsubiyyətini və ənənələrini özündə ehtiva edəcək proqramlar yaratmaqdır.
Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov və təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə səfərə yola düşüb
08 Avqust
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, oğurluq və quldurluq cinayətlər...
08 Avqust
Gərginliyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
08 Avqust
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
08 Avqust
Dünya Gənc Türk Yazarlar Birliyi Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatla bağlı bə...
07 Avqust
Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasının iclası k...
07 Avqust
İƏT Azərbaycanın Londondakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb
07 Avqust
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarları məlum olub
07 Avqust
Avqustun 7-də Azərbaycanda COVID-19 əleyhinə 1424 doza vaksin vurulub
07 Avqust
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 469 yoluxma faktı qeydə alınıb
07 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İqtisadi müstəqilliyin uğur formulu

Son 10 ilin uğur salnaməsi

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edi...

Milli mətbuatda ənənə və innovasiya

İlham Əliyevin qlobal təşəbbüsləri Avropa İttifaqının təhlükəsizliyinə etibarlı təminatdır...

QAYIDIRIQ!..

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!