Meymunçiçəyi ölkəmizin sərhədlərinə yaxınlaşıb
Son günlər koronavirusa yoluxmada da artım müşahidə edilir
Sürətlə yayılan meymunçiçəyi virusu getdikcə ölkəmizə yaxınlaşır. Hazırda Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmasa da, qonşu ölkələrin hər birində aşkarlanan yoluxma faktı narahatlıq yaratmaya bilməz. Son olaraq İranda bu virus aşkarlanıb. İran Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, meymunçiçəyinə yoluxan 34 yaşlı qadın dərhal karantinə alınıb və bütün analizlərdən sonra ev şəraitində müalicəyə göndərilib.
Hər gün ortaya yeni faktlar çıxır
Meymunçiçəyinin səbəb ola biləcəyi xüsusiyyətləri, yoluxuculuğu hələ tam müəyyən olunmadığından günbəgün ortaya yeni faktlar çıxır. Belə ki, bu virusun insandan heyvana ötürülməsi ilə bağlı ilk yoluxma faktı Fransada qeydə alınıb. Məlumata görə, simptomları müşahidə olunan 2 şəxsdə yoluxmadan 12 gün sonra onlardan birinin 4 yaşlı tazı cinsindən olan itlərində də eyni hala rast gəlinib. İtin dərisində baş verən dəyişikliklərdən sonra götürülən testin nəticəsi müsbət çıxıb.
Ümumdünya Səhiyyə Təşkilatının çiçək xəstəliyinə qarşı mübarizə üzrə katibliyinin rəhbəri Rosamund Lyuis açıqlamasında bildirib ki, bu ilk heyvandan insana yoluxma faktıdır. "Bütün heyvanlar deyil, hazırda yalnız virusa yoluxmuş şəxslərin ev heyvanları qismən təhlükədədirlər. İlkin olaraq, heyvan sahiblərinin meymunçiçəyinə yoluxduqları təqdirdə onların ev heyvanlarından kənarda təcrid olunmaları tövsiyə edilir".
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən isə bildirilib ki, yoluxmuş heyvanlar virusu insanlara ötürə bilər. Heyvandan insana virus yalnız yaxın təmas yolu ilə (toxunma, qucaqlaşma, yalama və s.) keçə bilir. Meymunçiçəyi simptomları olan ev heyvanları 21 gün ərzində digər heyvanlardan və insanlardan uzaq saxlanılmalıdır.
Hazırda ümumilikdə 93 ölkədə 38 mindən çox yoluxma faktı qeydə alınıb. Xəstəlikdən ölənlərin sayı isə 12 nəfərdir. Meymunçiçəyinə bənzər səpkiləri olan şəxslərlə yaxın fiziki təmasdan çəkinməli, bu virusa yoluxmuş şəxslərin istifadə etdiyi əşyalara toxunulmamalı və tez-tez əllər yuyulmalı, dezinfeksiya edilməlidir. Virusa yoluxmuş şəxslə təmasdan sonra peyvənd olunmaq məsləhət görülür.
Böyük Britaniyada "Omikron"a qarşı ilk yeni peyvənd təsdiqlənib
İlk ortaya çıxdığı gündən mutasiya edən COVID-19 virusu hələ də səngimək bilmir. Omikronun yeni meydana çıxan subvariantları BA.4 və BA.5 dünyada yoluxmaların sayını artırıb.
Tətbiq edilən peyvəndlər nəticəsində bir çox insanda yaranan immunitet xəstəliyin daha az riskli formaya düşməsinə səbəb olub ölüm riskini azaltsa da, yeni variantların sürətli yoluxma qabiliyyəti narahatlıq doğurur.
Bu variantlara uyğun yeni peyvəndlərin təqdim edilməsi üçün işlər görülür. İlk olaraq Böyük Britaniyada Moderna şirkəti tərəfindən yaradılan gücləndirici peyvənd ikivalentli əsasla hazırlanıb. Vaksinin həm Omikrondan əvvəlki ştamlara, həm də Omikronun yeni altvariantlarına qarşı güclü immun reaksiya yaratdığı məlum olub. Onu da bildirək ki, ötən ilin sonundan meydana çıxan Omikron variantı hazırda kütləvi infeksiya dalğasının yayılmasına əsas səbəbdir. Hətta hazırda BA.5 subvariantı ABŞ-da dominantdır və bütün yoluxma hallarının 90 faizini təşkil edir.
Yoluxmanın artmasına səbəb məhdudiyyətlərin aradan qaldırılmasıdır
Azərbaycanda da son günlər yoluxmada artım müşahidə edilir. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova mətbuata açıqlamasında bildirib ki, buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdan bəri aradan qaldırılması və zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsidir. Payız mövsümündə bir çox infeksiyalar aktivləşdiyi kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının yüksəlməsi də istisna edilmir.
Qriplə Omikronun fərqini izah edən mütəxəssis bildirib ki, bu xəstəliklərin simptomları oxşar olsa da, onları bir-birindən ayırmaq mümkündür. Həm koronaviruslu xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş şəxslərdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, öskürək müşahidə olunur. Lakin COVID-19 xəstəliyin ilkin mərhələsində kəskin respirator infeksiyalara yoluxduqda görünməyən bəzi simptomlar (qoxu, dad itkisi və s.) müşahidə oluna bilər. Həmçinin belə əlamətlərin olmaması COVID-19 diaqnozunu inkar etmir. Bundan əlavə, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə xarakterizə olunur, COVID-19 zamanı isə simptomların şiddəti tədricən artır. Xəstəliyi daha dəqiq müəyyən etmək üçün laboratoriya müayinələri aparmaq çox vacibdir.
Yoluxucu viruslardan qorunmanın yolları isə dəyişməz olaraq qalır. Koronavirusa yaxalanmamaq üçün qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək, sosial məsafəni gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək çox vacibdir.
Aydan XƏLİLOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan nefti bahalaşıb
24 Aprel
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
24 Aprel
Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib
24 Aprel
Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib
24 Aprel
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub
24 Aprel
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub...
24 Aprel
Avropa ən sürətlə istiləşən qitədir
24 Aprel
Azərbaycan idmanının parlayan yeni ulduzu
24 Aprel
Füzuli şəhərinin artıq üç minə yaxın sakini var
24 Aprel
Hədər yaşanmamış ömür
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!