Məşhur polo oyunu Şərqin çovqan yarışları əsasında yaradılıb
Hələ qədim dövrlərdə cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı.
Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb, yüz illər ərzində Azəbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olub. Mənbələr XII əsrdə islam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyini göstərir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənib. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çovqan oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin Xosrov və Şirin əsərindən və Dədə Qorqud boylarından da məlum olur ki, Azərbaycanda çovqanın tarixi hətta VI-VII əsrlərə, bəlkə ondan da qabaqlara gedib çıxır. Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumatların verilməsidir. Qarabağ atları üzərində oynanılan Azərbaycanın milli çovqan oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, çovqan oyunu da Azərbaycandan dünyanın müxtəlif regionlarına yayılıb. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya oyunlarının proqramına daxil edilib. Polo adının yaranması XIII-XIV əsrlərdə yaşamış italyan səyyah Marko Polonun adı ilə bağlıdır. Azərbaycana səfər edən Polo insanların at üzərində oynadıqları bu oyunu görür və ölkəsinə qayıtdıqdan sonra oyunu öz soyadı ilə adlandırır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
24 Aprel
ABŞ nümayəndələri “ASAN xidmət”də olub
24 Aprel
Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Aprel
Yubileydə böyük tarixi şəxsiyyət də xatırlandı
24 Aprel
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib...
24 Aprel
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK...
24 Aprel
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB
24 Aprel
Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir...
24 Aprel
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
24 Aprel
Aprelin 25-də hava əsasən yağmursuz keçəcək
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!