15 Yanvar 2022 00:37
480
Elm və texnika
A- A+

Məktəblinin ilk geyimi

 

Sosial bərabərsizliyin əsaslı göstəricilərindən biri də geyimlərlə bağlıdır. İstənilən məkanda asanlıqla hər cür geyimli insana rast gəlmək, onlar haqqında ilkin təəssürat formalaşdırmaq mümkündür.

Lakin geyim sərbəstliyinin azyaşlılar arasında, xüsusilə də təhsil ocaqlarında baş verə biləcək psixoloji zədələrə yol verməməsi üçün vahid məktəbli formasının tətbiqi arzuolunandır. Bu mövzuda fikir birliyi isə yoxdur. Bəzi mütəxəssislər bunu zəruri hesab edir, digərləri isə ehtiyac olmadığını düşünürlər.

Dünyada müasir məktəbli formasını tətbiq edən ilk ölkə Böyük Britaniyadır. 1552-ci ildə kimsəsiz və aztəminatlı ailələrdən olan, yoxsulluqdan dərsə getməyə paltar tapmayan uşaqların oxuduğu Londondakı “Christ's Hospital” adlı məktəbdə xüsusi uniformalar meydana çıxdı.

Geyimlər göy rəngdə idi və bu rəng çalarının mənası vardı. O zaman ən ucuz parça məhz göy rəngdə olduğu üçün bundan istifadə edilmişdi. Hazırda bu məktəb elit təbəqənin uşaqlarının oxuduğu məktəb olsa da, göy rəngli uniformalardan hələ də istifadə edilir. Bu məktəbli forması kəmərli uzun palto, ətək, şalvar, boyun lenti və sarı corabdan ibarətdir.

Əslində, ilk dəfə İngiltərədə vahid formanın geyinilməsinə 1222-ci ildə rast gəlinib. Həmin zamanda xristian kilsəsinin yepiskopu xalat formalı paltarı şagirdlərinə geyinməyi əmr etmişdi. XX əsrdə isə ümumi məktəbli geyimlərinə yastı papaqlar, qalstuklar, pencəklər də əlavə edilmişdi.

Məktəblilərin formaları müxtəlif dövlətlərdən, milli dəyərlərdən, hətta məktəbin daxili qaydalarından asılı şəkildə hazırlanır. Bəzi kasıb ölkələrdə forma məktəbə getməyin əsas əngəllərindən biri olduğu üçün şagirdlərə pulsuz paylanılır. Eyni zamanda bir sıra təhsil müəssisələri, xüsusən özəl məktəblər məxsusi loqolarını formanın üzərində əks etdirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video