15 Avqust 2024 16:55
367
CƏMİYYƏT
A- A+
MDB-nin Müşahidə Missiyasına seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə məlumat verilib

MDB-nin Müşahidə Missiyasına seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə məlumat verilib

 

Avqustun 15-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Elçin Məmmədov sentyabrın 1-də təyin olunmuş növbədənkənar parlament seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçiciləri azad şəkildə öz iradələrini ifadə etmələri məqsədilə görülən işlərdən danışaraq, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib.

Seçki qanunvericiliyinin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təminatı və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən E.Məmmədov İşçi qrupun səmərəli fəaliyyətindən bəhs edib.

Nurlan Seytimov Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək, bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabiq “Arsenal”lı həbs edildi

18:15
19 Sentyabr

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

18:02
19 Sentyabr

 Təcili qanı artıq dronlar çatdıracaq

17:51
19 Sentyabr

EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında

17:50
19 Sentyabr

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK

16:52
19 Sentyabr

"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb

16:51
19 Sentyabr

Klozedən Mahir Emreli açıqlaması  

16:50
19 Sentyabr

“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır

16:46
19 Sentyabr

Avropa Komissiyasının Prezidenti Kiyevə gedir

16:44
19 Sentyabr

 İran müharibəyə qoşula bilər

16:43
19 Sentyabr

“Qarabağ” – “Neftçi” matçını kim idarə edəcək?

16:42
19 Sentyabr

İnsanların Ayda məskunlaşması artıq daha realdır

16:42
19 Sentyabr

“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?

16:40
19 Sentyabr

Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

16:39
19 Sentyabr

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

16:31
19 Sentyabr

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

16:30
19 Sentyabr

Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağlayıb  

16:27
19 Sentyabr

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK

16:25
19 Sentyabr

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub YENİLƏNƏCƏK

16:24
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!