Layihənin Adı: Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant Nömrəsi: TF-C8884
Tapşırığın Adı: Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) bərpası və
ətraf ərazilərinin inkişafı üzrə mövcud texniki-iqtisadi əsaslandırma və
texniki layihələrin yenilənməsi
Satınalma Planının İstinad Nömrəsi: AZ-MOEC-CS-CQS-01
Ölkə: Azərbaycan
1.
Azərbaycan Respublikası Dünya Bankından
“Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə
etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün
yönəltməyi planlaşdırır.
2.
Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron
göllərinin (Zığ, Xocasən və Böyükşor) bərpası və ətraf ərazilərinin inkişafı
üzrə mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihə sənədlərinin yenilənməsini əhatə edir.
Məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları
yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadi əsaslandırma və
texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə
alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə
texniki-iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur.
Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 8
aydır. Tapşırığın icrasına 2025-ci ilin noyabr ayında başlanılması nəzərdə
tutulur.
Tapşırığın ehtimal olunan ümumi dəyəri 500,000 ABŞ
dollarıdır.
Təhvil veriləcək işlərin gözlənilən icra cədvəli aşağıda
göstərilmişdir:
|
Təhvil veriləcək iş
|
Müddət
|
|
D-1: İlkin hesabat
|
Müqavilə
imzalandıqdan sonra 4 həftə ərzində tamamlanmalıdır
|
|
D-2: Texniki-iqtisadi əsaslandırmanın ilkin
verisyası
a) Xocasən gölü
–texniki-iqtisadi əsaslandırmanın və texniki layihələndirmənin ilkin
verisyası
b) Zığ gölü – texniki-iqtisadi
əsaslandırmanın və texniki layihələndirmənin ilkin versiyası
c) Böyükşor gölü
–texniki-iqtisadi əsaslandırmanın və texniki layihələndirmənin ilkin
versiyası
|
Sifarişçi
tərəfindən İlkin hesabatın təsdiqlənməsindən sonra 5,5 ay ərzində
tamamlanmalıdır.
|
|
D-3: Texniki-iqtisadi əsaslandırmanın
yekun versiyası
a) Xocasən gölü –
texniki-iqtisadi əsaslandırma və texniki layihələndirmənin yekun versiyası
b) Zığ gölü –
texniki-iqtisadi əsaslandırma və texniki layihələndirmənin yekun versiyası
c) Böyükşor gölü –
texniki-iqtisadi əsaslandırma və texniki layihələndirmənin yekun versiyası
|
Sifarişçi
tərəfindən texniki-iqtisadi əsaslandırmanın ilkin versiyasının təsdiqlənməsindən
sonra 6 həftə ərzində tamamlanmalıdır.
|
Xidmətlər üzrə ətraflı Texniki tapşırığı (TT) aşağıdakı
keçiddən əldə edə bilərsiniz:
https://www.dropbox.com/scl/fi/6ycbf87v6svumv5cg0mgp/ToR_FS-for-3-Lakes_22.09.2025_as-issued.docx?rlkey=jbllcdieb55iht9fc4fffnzfv&st=stf3evqi&dl=0
3.
Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi (İcraçı Qurum) hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər)
qeyd olunan Xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir.
Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq
ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.
4.
Xidmətləri icra etmək üçün ən uyğun şirkət
Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin ixtisasına əsaslanan seçim
(MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:
(i)
Ümumi Təcrübə: a) Maraqların ifadəsinin
son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri
sahəsində ən az 10 illik ümumi iş təcrübəsi;
b) Dünya Bankı və ya digər beynəlxalq maliyyə institutları tərəfindən
maliyyələşdirilən layihələrdə sübut olunmuş təcrübə.
(ii)
Xüsusi Təcrübə: Göllərin bərpası üzrə
genişmiqyaslı texniki-iqtisadi əsaslandırmaların, tədqiqatların, qiymətləndirmələrin
və layihələndirmə işlərinin aparılması sahəsində təcrübə (hidrologiya, ekoloji
və mühəndislik aspektləri daxil olmaqla). Təklif olunan ərazilərdə həyata
keçiriləcək tikinti, bərpa və rekultivasiya işlərinin smetalarının hazırlanması
üzrə təcrübə.
(iii)
Bənzər
regionlarda və oxşar ekoloji, sosial və institusional şəraitdə iş təcrübəsi və tapşırıq üçün tələb olunan ixtisaslı mütəxəssislərin
mövcudluğu.
Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər
fərdi olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş Məsləhətçinin
ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları,
təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq,
həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.
5.
Yuxarıda qeyd olunan seçim meyarlarına
uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər ən azı aşağıdakı sənədləri təqdim
etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları
təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company), eyni idarəedici
şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının
təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.
(i) Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş
qeydiyyat/təsis sənədləri.
(ii) Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən
broşürlər.
(iii) Bu Maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li
formanı tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi.
Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini
hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin
təqdim edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini
təqdim etməyi tələb edə bilər.
(iv) Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və
onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.
6. Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə
assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında
(bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi
formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə
görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif
olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini
və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin
tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.
7.
Xidmətlərin göstərilməsində marağı olan
məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin
Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma
Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının
maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.
8.
Maraq ifadələri yazılı formada, imzalanmış
sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 07 oktyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır.
Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanından əldə
etmək olar:
Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin Layihə İcra Qrupu
Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail: [email protected]
Əlavə: Forma-1 (Oxşar Müqavilələr)
Məsləhətçi şirkətin adı: ____ (Birgə müəssisə şəklində
müraciət edilərsə, hər bir tərəfdaş üçün ayrıca forma təqdim olunmalıdır.)
|
s/s
|
Müddət (tarix
aralığı)
|
Tapşırığın adı
|
Xidmətlərin əhatə
dairəsi və əsas təhvil verilən işlərin qısa təsviri
|
Müqavilənin təxmini
dəyəri (ABŞ$ ekv.) / Şirkətinizə ödənilmiş məbləğ
|
Sifarişçinin adı və
ölkəsi
|
Tapşırıqda rolu
|
|
1
|
məs.,
yanvar 20__ – aprel 20__
|
məs., “......
keyfiyyətinin yaxşılaşdırılması”
|
məs.,
...... səmərələşdirilməsi üçün baş plan hazırlanmışdır;
|
məs., 1 milyon
ABŞ$ / 0,5 milyon ABŞ$
|
məs., ___
Nazirliyi, ______ (ölkə)
|
məs.,
A&B&C birgə müəssisəsində aparıcı tərəfdaş
|
|
2
|
məs.,
yanvar – may 20__
|
məs.,
“Yerli idarəetmə orqanına dəstək......”
|
məs.,
...... üzrə ikinci dərəcəli normativ aktlar hazırlanmışdır.
|
məs., 0,2
milyon ABŞ$ 0,2 milyon ABŞ$
|
məs., __
bələdiyyəsi, ____ (ölkə)
|
məs., Fərdi
(müstəqil) məsləhətçi
|