20 Yanvar 2022 18:10
299
SİYASƏT

Madriddə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd edilib

 

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyini, 744 nəfərin ağır xəsarət aldığını qeyd edib. Bildirilib ki, bu qanlı faciə Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub.

Səfir diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Qeyd edilib ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 20 Yanvarda günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib və 20 Yanvar tarixi Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günü elan edilib.

Vurğulanıb ki, 20 Yanvar xalqımızın iradəsini sındıra, milli ruhumuzu sarsıda bilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür.

Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan televiziyası tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi zamanı Vətənin azadlığı uğrunda həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi də təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video