"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360,№ 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339) 2 nömrəli əlavəsinin 5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
5. | Audiovizual media fəaliyyəti: |
5.1. | ümumölkə yerüstü televiziya yayımçısı |
5.2. | ümumölkə yerüstü radio yayımçısı |
5.3. | regional yerüstü televiziya yayımçısı |
5.4. | regional yerüstü radio yayımçısı |
5.5. | peyk yayımı həyata keçirən platforma yayımçısı |
5.6. | peyk yayımı həyata keçirməyən platforma yayımçısı |
5.7. | sifarişli yayım xidməti provayderi |
5.8. | sadə platforma operatoru |
5.9. | universal platforma operatoru |
5.10. | multipleks operatoru |
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisin növbəti plenar iclası keçirilib
28 Iyun
Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub ...
28 Iyun
Türkiyənin Milli Müdafiə Nazirliyi meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN-in əməkdaşla...
28 Iyun
Azərbaycanın xarici işlər naziri Türkiyə Maarif Fondunun sədri ilə görüşüb
28 Iyun
İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb...
28 Iyun
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib
28 Iyun
Aleksey Reznikov: Ukrayna Türkiyədən əlliyə yaxın “Bayraktar” alıb
28 Iyun
Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib
28 Iyun
İyunun 28-də Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub
28 Iyun
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
28 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!