31 Mart 2022 01:43
1888
SİYASƏT
A- A+

LƏYAQƏTLİ MÜHARİBƏ

 

“Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək  aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla  məşğul olmamışıq”.

İlham  ƏLİYEV

 

İnsanin  dünyaya gəlişi və həyatdan getməsi  Allahın adı ilə bağlıdır!

Allahın yaratdığını Uca Tanrının özündən başqa heç kim həyatdan məhrum etməməlidir!

Bu günahdır!

Həm də cinayətdir!

Lakin bəzən insan öldürmək nəinki günah,  cinayət  əməli sayılır, əksinə zərurət, qəhrəmanlıq hesab olunur!

Əlbəttə, söhbət ədalətli müharibədən, rəzil düşmənin öldürülməsindən gedir!

Vətənin müdafiəsi, doğma torpaqların qorunması, işğaldan azad edilməsi müqəddəs borc,  vəzifədir!

Şair  gözəl deyib:

Vətəni sevməyən insan olmaz...

Sevdiyini isə qorumağı, müdafiə etməyi bacarmalısan!

Həm də bütün bunları qəlbən istəməlisən!

Üstəlik,  bu yolda hər an şəhid getməyə də  hazır olmalısan!

***

Müharibədə qarşılaşan  hər iki tərəf  bir-birini düşmən sayır!

Bir-birini  öldürmək istəyir!

Kimin haqlı, kimin təcazvüzkar  sayılmasından asılı olmayaraq.

Bu qan tökməyin,  qəddarlığın da  özünəməxsus  qanunları, normaları var.

Müharibədə də  müəyyən qırmızı xətlər mövcud olur.

Həm mülki əhaliyə münasibətdə, həm işlədilən silahlarda, həm də müharibə aparılan  ərazidə yaşayan  insanlarla davranışda...

Azərbaycan xalqının  təbirincə desək,  düşmənin də  mərdi və namərdi olur!

Vay o gündən ki,  düşmənin  namərd,  alçaq, xəbis, yalançı, satqın, qorxaq, ikiüzlü, yaltaq və hiyləgər ola!

Erməni kimi!

Azərbaycan xalqı həmişə açıq döyüşün, mərd düşmənçiliyin tərəfdarı olub.

Dastanlarda, nağıllarda, roman və povestlərdə belə  düşmən təqdir edilib.

Heyhat, real həyatda qarşımıza çıxan namərd erməni oldu!

Amma xalqımız  Vətən müharibəsində murdar düşmənə qarşı mərdliklə, kişi kimi döyüşdü, cəsarət, rəşadət,  qəhrəmanlıq nümunələri göstərdi.

Düşmənin bütün alçaqlıqlarının, şərəfsizliyinin dəfələrlə şahidi  olsa da!

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi təkcə ona görə ləyaqətli  müharibə hesab olunmur ki,  torpaqların işğaldan azad edilməsi uğrunda aparılan  savaş ədalətli,  beynəlxalq hüquqa və onun tələblərinə cavab verən şəkildə gerçəkləşdi.

Bu müharibənin ən yeni silahlarla, taktika və strategiya ilə  aparılması,  XXI  əsrin  ən yeni müharibəsi sayılması, dünya üçün nümunəyə çevrilməsi sırf  hərb,  hərb elminin tələblərinə cavab verməsi məsələnin yalnız  hərbi-texniki tərəfidir.

Ləyaqətli müharibə ölüm-dirim savaşında, ölüb-öldürmə meydanında, düşmənin hər cür alçaqlığının  şahidi olduğun  bir vaxtda da öz insanlığını,  ləyaqət hissini  unutmamaqdır!

Hətta şərəfsiz addımlara, murdar əməllərə müharibə qanunları çərçivəsində,  hərbin dili ilə, faşıst  metodları tətbiq etmədən cavab verilməsidir!

Azərbaycan Ordusu əvvəldən axıradək yalnız hərbçilərə qarşı döyüşdü, hərbi mövqelərə, texnikaya,  atəş nöqtələrinə dəqiq zərbələr endirdi.

Həm də bunları çəkərək bütün dünyaya nümayiş etdirdi!

Ancaq erməni mülki əhalisinə qarşı heç bir zorakılıq olmadı, əksinə, onlar qorundu və  dərhal da qarşı tərəfə təhvil verildi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev də,  Azərbaycan Ordusu  da  sona qədər təmkinli,  ləyaqətli davrandı!

Hətta bu, düşmənin etdiyi alçaqlıqlar qarşısında nə qədər çətin və ağır olsa da belə!

Bəli, alçaq düşmən şərəfsizcəsinə  cəbhə xəttindən  çox-çox uzaqda yerləşən  Gəncə, Tərtər, Bərdə, Goranboy şəhərlərini  raket və mərmi atəşinə tutduğu bir vaxtda!

Gecə vaxtı  Gəncənin yaşayış  məhəllələri,  günün-günorta çağı Bərdə şəhərinin ən çox insanın  toplaşdığı yer,  gecə-gündüz bilmədən  Tərtərin kənd, qəsəbə və şəhəri  dağıdılanda!

Ballistik  raketlər   dalbadal qeyri-hərbi  obyektlərə atılanda!

Qadağan olunmuş fosforlu, kasetli bombalar dinc  əhaliyə qarşı tətbiq  ediləndə!

Bəli, belə məqamlarda  əsəblərini və hisslərini  cilovlamaq çox çətin idi!

Ancaq Azərbaycan tərəfi bir an belə olsun ləyaqət hissini unutmadı!

Bütün alçaqlıqların əvəzini  döyüş meydanında verdi!

Həm də  artıqlaması ilə!

***

Azərbaycan xalqı bu müharibədə  düşmənə  qəhrəmanlığı,  vətənpərvərliyi, ləyaqət hissi ilə də  qalib gəldi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində Ermənistan ordusunu  məhv etdi.

Düşməni qarşısında diz çökdürdü!

“Dəmir yumruğ”u ilə başını əzdi!

Həm də  informasiya müharibəsində  biabırçı məğlubiyyətə uğratdı.

Onun yalançı, riyakar,  vandal olduğunu konkret faktlarla ifşa etdi.

Müharibə qanunlarını dəfələrlə pozduğunu, qadağan olunmuş silahlardan, bombalardan, ballistik  raketlərdən istifadə etdiyini sübutlarla göstərdi.

Bu gün də erməni vandallığı, murdarlığı, 30 illik işğal dövründə törətdiyi vəhşiliklər, dini, mədəni,  tarixi abidələrə  vəhşi, qeyri-insani münasibətləri  dünyaya təqdim edilməkdədir.

Təkcə “böyük Ermənistan”  mifi deyil,  “qədim mədəni xalq”  əfsanəsi də  puça çıxarılmışdır.

Düşmənin növbəti ləyaqətsizliyi diz çökərək imzaladığı  kapitulyasiya  aktının  bəndlərini  yerinə  yetirmək  istəməməsi,  üzərinə götürdüyü öhdəliklərin müxtəlif şəkildə,  bəhanələrlə icrasından  boyun qaçırmasıdır!

“Dəmir yumruq” hər bir  hiylədən, oyunbazlıqdan yüksəkdə dayanır və  gücünü daha da artırır!

İstənilən an  düşmənə daha ağır formada dərs vermək imkanımız var və bu  hüququ özümüzdə saxlamışıq!

Terrorçulara  və separatçılara qarşı  daha bir ləyaqətli hərbi əməliyyat  keçirmək  hər zaman  mümkündür!

Yenə də seçim Ermənistanındır!

Onlar  istəməsələr də,  Zəngəzur dəhlizi  yaradılacaq!

Onlar istəməsələr də, Azərbaycan öz ərazisində  öz qanunlarını  tətbiq edərək  terrorun və separatizmin  kökünü  birdəfəlik  kəsəcəkdir!

Həm də  son dərəcədə ləyaqət hissi ilə!

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video