Lənkəranda daha bir dağ kəndinin içməli su təchizatı yaxşılaşıb
Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilmiş "Lənkəranın dağlıq Bəliton kəndində içməli su təchizatının inşası" layihəsinin başa çatması ilə əlaqədar açılış mərasimi keçirilib.
Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonunun icra strukturlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı T.Qaraşov Azərbaycanla Yaponiya arasında fəal siyasi dialoqun mövcudluğuna diqqət çəkərək bildirib ki, Azərbaycan iqtisadi sahədə yapon iş adamları üçün olduqca cəlbedicidir. Dövlət başçısı İlham Əliyevin yapon şirkətlərinin müxtəlif sosial layihələrə göstərdikləri könüllü dəstəyin yüksək qiymətləndirilməsi ilə bağlı səsləndirdiyi fikirləri xatırladan T.Qaraşov Yaponiya hökumətinə nəcib təşəbbüsünə görə Bəliton kənd sakinləri adından minnətdarlığını ifadə edib.
Səfir Cuniçi Vada səmimi və qonaqpərvər qarşılandığına görə rayon rəhbərliyinə və kənd sakinlərinə minnətdarlığını ifadə edib. Bildirib ki, Yaponiya ilə Azərbaycan arasında narahatlıq doğuracaq heç bir siyasi məsələ yoxdur və iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. Səfir Yaponiya hökumətinin Azərbaycanla müxtəlif sahələrdə qarşılıqlı etimad mühitinin qurulmasında, əməkdaşlıq səviyyəsinin daha da inkişafında, sosial infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, yapon şirkətlərinin Azərbaycanda sağlam rəqabətli biznez mühiti çərçivəsində fəaliyyəti üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edərək belə layihələrin bundan sonra da davamlı olacağını vurğulayıb, Bəliton kəndinin əhalisini bu əlamətdar hadisə münasibətilə təbrik edib.
Sonda T.Qaraşov və C.Vada rəsmi açılışı bildirən qırmızı lenti kəsiblər.
Ağaddin BABAYEV,
Lənkəran
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə ça...
20 Aprel
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib ...
20 Aprel
Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib ...
20 Aprel
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
20 Aprel
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb...
20 Aprel
970 milyon seçicisi olan ölkə
20 Aprel
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq ...
20 Aprel
Ürəyinizi qoruyun
20 Aprel
"Azərişıq" ASC Şirvanda yenidənqurma işlərini davam etdirir
20 Aprel
Şuşanın mədəni irsi epiqrafik abidələr əsasında tədqiq edilir
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!