01 Dekabr 2021 16:19
365
CƏMİYYƏT
A- A+

Laçında 2500 müxtəlifcinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib

 

Bu gün Laçının işğaldan azad edilməsinin bir ili tamam olur. Həmin münasibətlə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində ağacəkmə aksiyaları keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri, “Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev AZƏRTAC-a bildirib ki, aksiya zamanı 2500-ə yaxın müxtəlifcinsli ağaclar əkilib: "Bu müqəddəs torpaqda təşkil edilən aksiya çərçivəsində rayonun florasında əsas yer tutan şərq çinarı ağacına üstünlük verilib. Bundan əlavə, dağdağan, qarağac, göyrüş əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib".

Vaxtilə Laçında 33 min hektara yaxın meşə fondu ərazisinin mövcud olduğunu vurğulayan nazir müavini digər rayonlarda olduğu kimi Laçında da meşə fondu ərazisinin bir neçə min hektarının erməni vandalları tərəfindən "yaşıl soyqırıma" məruz qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, burada vaxtilə Laçın Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərib. Həmin yasaqlığın da fauna və florası böyük zərbələrə məruz qalıb.

"Ətraf mühitin bərpası tədbirlərinin miqyasını genişləndirməklə vurulan yaralara məlhəm olmaq, təbiətimizin sağalmasını daha da tezləşdirmək istəyirik. Dövlət başçısının tapşırığına uyğun olaraq "Böyük Qayıdış"ın tərkib hissələrindən biri də məhz ətraf mühitin bərpası istiqamətində görülən işlərdir. Tezliklə bu torpaqların sakinləri öz yurdlarına qayıdacaqlar. İstəyirik ki, onlar qayıdana qədər müvafiq işləri vaxtında görək. Odur ki, bərpa, yenidənqurma işlərinin günbəgün miqyası genişlənir", - deyə F.Əliyev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video