28 Yanvar 2023 13:25
369
CƏMİYYƏT
A- A+

Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb

 

Yanvarın 28-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 3, Viləşçayın Şıxlar məntəqəsində 2, Təngərüdçayın Vaqo məntəqəsində 1 santimetr azalıb, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr artıb. Şəmkirçayın Qalakənd, Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 140 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 89 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 10 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 23,2 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 35 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 14 faiz azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 114 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 20 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 33 faiz çoxdur.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 161 santimetr olub. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 santimetr 104 santimetr təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video