28 Iyun 2022 15:03
502
DÜNYA
A- A+

Kremençukda həlak olanların sayı 20 nəfəri ötüb

 

Dünən Rusiya qoşunları tərəfindən Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzinə endirilən raket zərbələri nəticəsində 20-dən çox insan həlak olub, 59 nəfər yaralanıb.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident ofisi rəhbərinin müavini Kiril Timoşenko brifinqdə məlumat verib. Onun sözlərinə görə, ticarət mərkəzi vurulan vaxt orada 1000-dən çox insan olub. İndiyədək 20-dən çox insanın həlak olduğu, 59 nəfərin yaralandığı məlumdur. Yaralıların 25-i xəstəxanaya yerləşdirilib.

Bundan başqa, itkin düşmüş hesab edilən şəxslərin qohumlarından 40-dan çox müraciət daxil olduğu bildirilir.

Kiril Timoşenko qeyd edib ki, hadisə yerində axtarışlar davam edir, bu işə yüzlərlə insan – xilasedicilər, patrullar, milli qvardiyaçılar və mülki vətəndaşlar qoşulub.

Baş vermiş faciə ilə əlaqədar iyunun 28-30-u Kremençukda matəm günləri elan edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video