19 Iyun 2022 00:37
563
Elm və texnika
A- A+

Körpüdə çay evi

 

Yaponiya ən qədim çay evinin məskənidir. Əsası 1160-cı ildə Uji şəhərində qoyulan "Tsuen Tea" çayxanası qədim tarixi ilə xüsusi şöhrət qazanıb. Qeyd edilir ki, çayxananın yaradıcısı samuray olub və general Minamoto no Yorimasanın rəhbərliyi altında xidmət edib. Çayxananın sahibləri əvvəlcə Uji körpüsündən səyahət edənlərə çay verərək fəaliyyətlərini həyata keçirirdilər.

Çay evinin hazırkı binası isə 1672-ci ildə tikilib, memarlıq üslübü Edo dövrünə xasdır. Bu çay evinin içindəki keramikalardan onun yaşının yüzlərlə olduğunu və qədimiliyini aydın görmək mümkündür. Bura gələnlərə müxtəlif növ çaylar təqdim edilir. Bu çayların hər biri Yaponiyada xüsusi becərilən bitkilərdən əldə edilir.

Hazırda çay evi Tsuenlərin 24-cü nəsli tərəfindən idarə olunur. "Tsuen Tea"də çayla yanaşı, özəl ləzzətlə hazırlanan şirniyyatlar da təqdim edilir. Bir sözlə, burada yeyib içilən nə varsa, onları başqa yerlərdə tapmaq olmaz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video