17 Fevral 2025 17:58
573
DÜNYA
A- A+
Kiyev və Əbu-Dabi ukraynalı əsirlərin geri qaytarılmasını müzakirə ediblər  

Kiyev və Əbu-Dabi ukraynalı əsirlərin geri qaytarılmasını müzakirə ediblər  

Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Volodimir Zelenski və Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Ukraynanın dövlət rəhbəri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ukraynalı əsirlərin azad edilməsində göstərdiyi dəstəyinə görə təşəkkür edib. Bu ölkənin vasitəçiliyi ilə artıq 12 əsir mübadiləsi həyata keçirilib. Ukrayna BƏƏ ilə birgə daha çox ukraynalının evə qayıtmasına nail olmağa ümid edir.

V. Zelenski cəbhədəki son vəziyyət və Ukrayna ilə müharibədə Şimali Koreya əsgərlərinin də iştirak etmələri barədə məlumat verib. O qeyd edib ki, Rusiya ilə Şimali Koreya və İran arasında mövcud ittifaq bütün dünyaya, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinə birbaşa təhlükədir. Prezident Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

Zelenski Ukrayna tərəfinin müharibənin başa çatdırılması, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində etdiyi səyləri nəzərə çatdırıb.

Dövlət rəhbəri bildirib ki, Ukrayna dünyada ərzaq təhlükəsizliyinin qarantlarından biridir. “Ukraynadan buğda” humanitar layihəsi həyata keçirildiyi müddətdə milyonlarla insanın həyatı xilas olunub. Layihə çərçivəsində Kiyev daha çox ehtiyacı olan 15 ölkəyə 286 min tondan çox aqrosənaye məhsulu göndərib.

V.Zelenski Suriya xalqına yardım edilməsini nəzərdə tutan yeni “Ukraynadan məhsul” proqramı barədə məlumat verib və BƏƏ-ni bu proqrama dəstək verməyə çağırıb.

Tərəflər Misirdə ərzaq mərkəzinin yaradılması üzrə potensial layihələri və Ukraynada kənd təsərrüfatı proqramlarının həyata keçiriməsinin mümkünlüyünü, həmçinin innovasiya və iqtisadi-ticari sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər.

Müharibəyə qədər Ukrayna ilə BƏƏ arasında ticarət dövriyyəsi 1.15 milyard ABŞ dolları təşəkil edib. Məlumatda deyilir ki, hərbi əməliyyatlar nəticəsində dövriyyənin həcminin aşağı düşməsinə baxmayaraq, göstəricilər ildən ilə yenidən qalxır.

Prezidentlərin iştirakı ilə Ukraynan Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Uliya Sviridenko və BƏƏ-nin xarici ticarət dövlət naziri Tani bin Əhməd Al Zeydi arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna Fars körfəzi ölkələrindən biri ilə ilk dəfə belə bir sənəd imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:05
09 Noyabr

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
09 Noyabr

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO  

01:18
09 Noyabr

Bakıda keçirilən Hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb 

01:15
09 Noyabr

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - YENİLƏNİB  

01:13
09 Noyabr

Hilmi Daşdemir: 8 Noyabr Türk dünyasının yenidən tarix səhnəsinə çıxdığı gündür  

01:11
09 Noyabr

Laçında konsert: “Zəfərin Səsi" 

23:09
08 Noyabr

Şuşada möhtəşəm atəşfəşanlıq olub

22:40
08 Noyabr

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb

22:02
08 Noyabr

Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazıb  

21:50
08 Noyabr

Xankəndidə Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub

21:36
08 Noyabr

Naxçıvanda Zəfər Gününün 5 illiyi münasibətilə möhtəşəm atəşfəşanlıq olub  

21:35
08 Noyabr

Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir  

20:54
08 Noyabr

Professor Renyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır  

20:36
08 Noyabr

Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıblar  

20:31
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib YENİLƏNİB - 4

20:14
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

20:06
08 Noyabr

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub  

20:03
08 Noyabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən  

19:49
08 Noyabr

İslamiada: Azərbaycan boksçuları günü maksimum nəticə ilə başa vurublar  

19:36
08 Noyabr

Füzulidə Zəfər Günü tədbirləri atəşfəşanlıqla başa çatıb 

19:24
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!