15 Noyabr 2025 08:55
482
İQTİSADİYYAT
A- A+
Kəndlinin güvən yeri - aqrar sığorta

Kəndlinin güvən yeri - aqrar sığorta


Məlum olduğu kimi, dünyada baş verən iqlim dəyişikliyindən ən çox əziyyət çəkən sahə aqrar sektordur. Bu sahədə inkişafın təməlində duran başlıca faktor havaların əkinçilik üçün yararlı olmasından asılıdır. Aşırı yağışlar, quraqlıq və digər təbiət hadisələri dünyada məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

İqlim dəyişikliyi səbəbi ilə fermerlərə dəyən ziyan bu sahənin  rentabelliyinə mənfi təsir göstərir. Bu üzdən əkinçiliklə məşğul olanların məhsul yetişdirməsinə maraq azala bilər. Belə hal dünyada olan ərzaq çatışmazlığını daha da gərginləşdirir. Digər tərəfdən, ərzaq qiymətlərinin daha da bahalaşması insanların normal qida ilə təminatını çətinləşdirir.

Dünyada dövlətlərin ən çox subsidiya və digər güzəştlərə ayırdığı sahə aqrar sektordur. Ölkəmizdə də bu sahənin inkişafı dövlətin diqqət mərkəzindədir. Azərbaycan dünyada kəndliyə ən çox güzəştlər tətbiq edən ölkələrdəndir. Belə ki, ölkəmizdə aqrar sektorda çalışanlar torpaq vergisindən savayı bütün növ vergilərdən azad olunub və bununla yanaşı, çoxsaylı güzəştlərdən də istifadə edirlər.

Dövlətin fermerlerə etdiyi güzəştlərdən biri də onların aqrar sığortaya cəlb olunmasıdır. Azərbaycanda fermerlərə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Kəndli də yaradılan imkandan istifadə edib təsərrüfatını sığorta edir ki, bu da onun qarşılaşa biləcəyi ziyandan qorunmasına güvən verir. Belə olan halda fermerlər əmindirlər ki,  bütün hallarda onlara dəyən ziyan növbəti il üçün yenidən əkib-becərməyə mane yaratmayacaq.

 Dövlət dəstəyi fermerlərin aqrar sığortaya marağını ildən-ilə artırır və bu sektorda yüksək dinamika müşahidə olunur. Hazırda dövlət dəstəyi ilə tətbiq olunan sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir.

Aqrar Sığorta Fondu 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başlandığını bildirir. Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Bununla yanaşı, aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.

Meyvə bağında hər hansı bir hadisə nəticəsində dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən müəyyən edilir və Aqrar Sığorta Fondu fermerlərə dəymiş zərəri qarşılayır. 

Meyvə bağlarını sığorta etmək olduqca sərfəlidir. Məsələn, 1000 manatlıq meyvənin baza zərfi ilə sığortalanması üçün fermerdən tələb olunan məbləğ meyvədən və regiondan asılı olaraq 10-25 manat arasında dəyişir. Bu hesabla, məsələn, bağda 10 min manatlıq məhsul varsa, həmin bağın sığortası fermerə təqribən 100-250 manata başa gəlir.

Qeyd edək ki, Aqrar Sığorta Fondunun sığortaladığı meyvə bağları üzrə sığorta ödənişləri sürətlə artmaqdadır. 2023-cü ildə meyvə bağları üzrə cəmi 39 min manat ödəniş edilmişdisə, 2024-cü ildə bu məbləğ 720 min, bu ilin ilk 9 ayında isə 159 min manat təşkil edib. Ümumilikdə Azərbaycanda meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb.

Meyvə bağları üzrə ödənişlər alça, alma, armud, badam, ərik, fındıq, gavalı, gilas, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm bağları üzrə həyata keçirilib. Ən böyük sığorta ödənişləri üzüm, gilas, şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrə aparılıb.

Üzüm bağlarına dəymiş zərərlər üzrə indiyədək 168 min manat, gilas bağlarına dəymiş zərərlər üzrə 136 min, şaftalı-nektarin bağları üzrə 110 min, badam bağlarına dəymiş zərərlər üzrə isə 93 min manat sığorta ödənişi həyata keçirilib. Müxtəlif hadisələrdən zərərçəkmiş alma və alça bağlarına müvafiq olaraq 77 min manat və 67 min manat sığorta ödənişi edilib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!