27 Yanvar 2023 19:02
2041
CƏMİYYƏT
A- A+

Kamal Abdulla yenidən Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib

 

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

BBMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın sədrliyi ilə keçib. Tədbirdə BBMM-in Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı, Rus İcmasının sədri, deputat Mixail Zabelin və Rus Dram Teatrının bədii rəhbəri, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri, xalq artisti Aleksandr Şarovski iştirak ediblər.

Rəvan Həsənov qurumun 2022-ci il ərzində gördüyü işlər barədə hesabat verib və 2023-cü il üçün həyata keçiriləcək layihələr barədə geniş məlumat verib.

Toplantıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanı növbəti 4 il müddətinə yenidən sədr seçib.

Kamal Abdulla göstərdikləri yüksək etimada görə Prezidenti İlham Əliyevə və Himayəçilik Şurasının üzvlərinə təşəkkürünü bildirib. BBMM-nin Himayəçilik Şurasının sədri qeyd edib ki, qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video