02 Oktyabr 2022 01:10
690
Səhiyyə
A- A+

Kalsium mənbəyi

 

Elmi araşdırmalara əsasən məlum olub ki, pendirin tərkibindəki feniletilamin adlı kimyəvi maddə qan dövranını artırır, qanda qlükoza səviyyəsini yüksəldir və beyinə müsbət siqnallar ötürür. 
Alimlər müntəzəm olaraq Rokfor pendiri (kifli pendir) yeməyin ömrü uzatdığını bildirirlər. Aparılan tədqiqatlarda sözügedən pendirin ürək sağlamlığını dəstəklədiyi də əksini tapıb və hətta mütəxəssislər bunun fransız qadınlarının orta ömrünün uzun olmasının səbəbini izah edə biləcəyi qənaətindədirlər. 
Tarixi mənbələrdə göstərilib ki, Osmanlı dövründə döyüşlərdən əvvəl əsgərlər xəstələnməsin, sağlam və güclü olsun deyə kiflənmiş pendir yeyərdilər. Qanuni Süleyman qış aylarında səfərə çıxan əsgərlərinə kiflənmiş pendir verilməsini əmr etmişdi. Əsgərlərin yaralarına kiflənmiş pendirin məlhəm kimi qoyulması da qeyd olunub.

 

Xərçəngə qarşı sipər

 

Dadı ilə hər kəs tərəfindən sevilən pendirin insan sağlamlığına faydalarını saymaqla bitmir. Xüsusən səhər yeməyinin əsas qidası olan bu süd məhsulunun tərkibində bol miqdarda minerallar və vitaminlər var. Pendir inkişaf çağında olan uşaqlar üçün ən çox tövsiyə olunan süd məhsullarından biridir. 
Tərkibindəki linoleik turşusu və B qrupu vitaminləri sayəsində xərçəngin inkişaf riskini azaldır. Xüsusilə döş, prostat və mədə xərçənginə qarşı orqanizmi qoruyur.
Pendir bədənin kalsium ehtiyacının çoxunu ödəyir, sümükləri, o cümlədən dişləri gücləndirir. Diş minasına fayda verir və kariyes əmələ gəlməsinin qarşısını alır.
Yaddaşı gücləndirən pendir sinir sisteminə də fayda verir. Pendirdə olan amin turşusu stresi azaldır və rahat yuxunu təmin edir. 
Araşdırmalara görə, yatmazdan yarım saat əvvəl pendir yemək yuxunun keyfiyyətini yaxşılaşdırır.
 Zülal və vitaminlərlə zəngin bu qida ürək xəstəlikləri riskini azaldır.

 

Anemiya və yüksək təzyiqə son

 

Qida Təhlükəsizliyi İnstitutundan pendirlə bağlı verilən maarifləndirici materialda bildirilir ki, bu qidanın tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri var. Eyni zamanda içərisindəki zülallar südün tərkibindəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir.
Süd və digər süd məhsulları kimi, pendir də insan orqanizmi üçün əsas kalsium mənbəyidir. Kalsium sümük toxumasının inkişafı və qorunmasında mühüm rol oynadığına görə pendiri müxtəlif yaş qrupunda olan insanlar qəbul edə bilərlər. Həmin ağartı məhsulu uşaqlarda sümüklərin normal və sağlam inkişafına müsbət təsir göstərir, yaşlılarda sümük xəstəliklərinin yaranmasının qarşısını alır.
Pendir fol turşusu ilə zəngindir. Bu turşu - B9 vitamini hamiləlik dövründə qadın orqanizmində dölün inkişafında mühüm rol oynayır. Fol turşusu qan-damar sistemi orqanlarını qorumaqla yanaşı, anemiya və yüksək təzyiqin qarşısını da alır.
Bu süd məhsulunun tərkibində olan digər əsas vitaminlərdən biri də B2 vitaminidir. Riboflavin adlanan həmin vitamin dəri, dırnaq və saça müsbət təsir göstərməklə zədələnmiş toxumaların bərpasını sürətləndirir. Digər vitaminlərdən fərqli olaraq B2 vitamini insan orqanizmində ehtiyat halında toplanmır, buna görə də onun gündəlik istehlakı zəruridir.
Pendir təbii probiotik xüsusiyyətli qida məhsuludur və tərkibində olan faydalı bakteriyalar metobolik prosesi yaxşılaşdırmaqla həzm sistemi xəstəliklərinin qarşısını alır. 

 

Cəmi 40 qram pendir nələrə qadir imiş...

 

Mütəxəssislər gündə bir kibrit qutusu və ya 40 qram pendir istehlakının ürək xəstəliyi riskini 14 faizə, insult riskini isə 10 faizə qədər azaltdığını bildirirlər. 
Çinin Soochov Universitetinin tədqiqatçıları tərəfindən sübut edilib ki, pendir yaxşı xolesterinin səviyyəsini artırır, pis xolesterinin səviyyəsini isə azaldır. Britaniya Ürək Fondu pendirin zəngin kalsium mənbəyi olduğunu qeyd edir, lakin xəbərdarlıq edir ki, gündə 40 qram pendir tövsiyə olunan gündəlik kalori qəbulunun 7 faizini ödəyir. Buna görə də ürək xəstələrinə pendir, süd və qatıqdan kalsium alaraq kalori qəbulunu azaltmaq tövsiyə olunur. Bir sözlə, orta səviyyədə pəhriz proqramı olanlara gündə 40 qrama qədər pendir istehlakı tövsiyə edilir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video