26 Yanvar 2023 00:50
528
İQTİSADİYYAT
A- A+

Kağız qəbzlərin dövrü sona çatır

 

Texnologiyanın və "yaşıl iqtisadiyyat"ın sürətli inkişaf etdiyi bir dövrdə hələ də kağız qəbzlərdən istifadə etməyimiz təəccübləndiricidir. Elə o üzdən "bu qəbzlərdən necə imtina etmək olar" sualı ilə yola çıxan "Recepta"nın təsisçisi Rauf Heydərli komandası ilə birlikdə kağız qəbzləri elektron qəbzlərlə əvəz edən platformanı yaratmışdır.
Kağız qəbzlərin istehsalı və çapı hər il 180 milyon ağacın kəsilməsi hesabına başa gəlir və atmosferə 103 milyard kiloqram  karbon qazı emisiya edilir. Bundan əlavə, ticarət müəssisələri kağız qəbzlərə hər il milyonlarla vəsait xərcləyirlər. Yaradılan "Recepta" platforması vasitəsilə istifadəçilər alış-veriş zamanı tətbiqdə qeydiyyatdan keçirdikləri kartlarla ödəniş edərkən alış-verişlərinin qəbzi saniyələr içində mobil telefon tətbiqlərinə gələcək. Deməli, qəbzin çap edilməsinə ehtiyac qalmayacaq. Həmçinin istifadəçilərin ƏDV-lərinin bir hissəsini geri almaq üçün qəbzi skan etmələrinə də ehtiyac olmayacaq. Yaradılan yeni funksiya sayəsində istifadəçilər bir toxunuşla ƏDV-lərinin bir hissəsini geri ala biləcəklər. "Recepta" tətbiqi istifadəçilərin xərclərini qruplaşdıraraq hesabat şəklində onlara təqdim edəcək. Bununla da istifadəçilər öz xərclərinə daha yaxşı nəzarət edə biləcəklər.
Onu da qeyd edək ki, 2022-ci ildə yaradılan "Recepta" həmin ilin may ayında keçirilən "Teknofest" festivalında "Take off Baku" startap sammitinin qalibi seçilmişdir. "Recepta" komandasının mükafatını Azərbaycan  Prezidenti  İlham Əliyev və Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Erdoğan şəxsən təqdim etmişlər.
Layihə ilə bağlı Azərbaycanda işlər artıq başlanılıb. Dövlət Vergi Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə ilə bağlı Azərbaycanın bir sıra bankları ilə danışıqlar aparılmış və əməkdaşlıqla bağlı razılığa gəlinmişdir. Sonrakı mərhələdə isə "Paşa Holding" şirkətindən həm investisiya, həm də layihəni Azərbaycanda başlamaq üçün böyük dəstək almışdır. 
Bu il üçün hədəf məhsulu Azərbaycan  bazarında uğurla tətbiq etmək, onu Amerika və Türkiyə bazarına daşımaqdır.  

Fərid NƏSİRLİ,
"Recepta" əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video