15 Yanvar 2022 00:35
715
Elm və texnika
A- A+

Jurnal nəşrə başladı…

 

Medianın daha cəlbedici və şəkilli vasitəsi olan jurnallar canlı görünüşü ilə daha çox diqqəti çəkir. Tarix boyu xüsusilə satirik jurnalların dərci milli mədəniyyətin inkişafına, xalqı oyanışa səsləyən ideyaların təbliğinə yol açıb.

“Philosophical Transactions” dünyanın ilk və ən uzunömürlü jurnalıdır. Kral Cəmiyyəti tərəfindən 1665-ci ilin martında təsis edilən jurnalın redaktoru naşir Henri Oldenburq idi. O, özünün elmi-fəlsəfi görüşləri əsasında materiallar hazırlamaq üçün  dilçilik bacarıqlarından geniş istifadə etmişdi.

İlk nömrələrdə məktublara, həmin vaxtda nəşr olunmuş kitabların icmalları və xülasələrinə, Avropa filosoflarının müşahidələri və təcrübələrinə əsaslanan yazılara yer verilmişdi. Astronomiya və riyaziyyatın təkamülü haqqında məqalələr latın dilində çap olunsa da, jurnalın əsas dili ingilis dili idi.

Henri Oldenburqun ölümündən sonra jurnal Kral Cəmiyyətinin növbəti redaktorlarına keçdi. 1752-ci ilə qədər onlar jurnalın maliyyə  məsələlərini öz üzərlərinə götürmüşdülər. Lakin sonradan cəmiyyətin ləğv olunması ilə jurnal rəsmi dövri nəşr kimi formalaşmağa başladı.

XIX əsrdən etibarən yaranan bir sıra cəmiyyətlər öz istiqamətlərinə uyğun şəkildə elmi nəşrlər dərc etməyə başladılar. Bu, nəşrlərin ixtisaslaşmasına səbəb oldu və  “Philosophical Transactions” jurnalının nüfuzunu geridə qoyurdu. Beləliklə də, jurnal 1887-ci ildə iki fərqli istiqamət üzrə çap olundu. Bunlar “A” və “B” kateqoriyalı nüsxələr idi. “A” kateqoriyası fiziki, “B” kateqoriyası isə bioloji elmlərə həsr olunmuşdu.

XX əsrdə jurnalın məzmununda müəyyən dəyişikliklər edildi. Jurnalın ilk internet saytı 1997-ci ildə yaradılıb. 1887-ci ildən bəri çap olunan bütün buraxılışların arxivi 2010-cu ildən etibarən sayta yerləşdirilib. Hazırda hər iki məzmunlu jurnalda müxtəlif elmi tədqiqatlara, araşdırma, şərh tipli məqalələrə yer verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video