02 Fevral 2023 13:40
633
DÜNYA
A- A+

Jozep Borrel: Ukraynaya qırıcı təyyarələr verilməsi məsələsində fikir ayrılığı var  

 

Ukraynaya qırıcı təyyarələrin mümkün tədarükü məsələsi hazırda Avropa İttifaqının gündəliyində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə jurnalistlərlə görüşündə deyib. Europa Press agentliyinin məlumatına görə, o, qırıcı təyyarələr məsələsinin ittifaqa üzv ölkələr arasında fikir ayrılığına səbəb olduğunu etiraf edib.

Brüsselin Rusiyaya qarşı yeni sanksiya paketinə münasibət bildirən siyasətçi Avropa İttifaqı ölkələrinin Qərblə Rusiya arasında bütün texnoloji əlaqələrin kəsilməsinə yönələn məhdudiyyətləri nəzərdən keçirdiyini vurğulayıb.

Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya F-16 qırıcı təyyarələrini göndərməyəcəyini deyib. Ertəsi gün Polşa müdafiə nazirinin müavini Voyçex Skurkeviç Amerika qırıcılarının Kiyevə tədarükünün rəsmi səviyyədə müzakirə olunmadığını vurğulayıb. Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts da Kiyevə hərbi təyyarələr vermək niyyətində olmadıqlarını elan ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video