06 Oktyabr 2024 01:45
2754
SİYASƏT
A- A+
İsveç mətbuatı: Azərbaycan COP29-un sədri kimi iqlim böhranına diqqət yetirməyə çağırış edib

İsveç mətbuatı: Azərbaycan COP29-un sədri kimi iqlim böhranına diqqət yetirməyə çağırış edib


İsveçin "Sydsvenskan" qəzetində ermənipərəst dairələr tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrda Bakıda keçirilməsi ilə bağlı qərəzli yazılar dərc edilib.

AZƏRTAC xəbər verir ki, bundan dərhal sonra Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun cavab məqaləsi dərc edilib.

"Azərbaycanın COP29-a evsahibliyi etməsinin Ermənistanla münaqişədən sonra "təbliğat qələbəsi" kimi qiymətləndirilməsi ilə bağlı fikirlərdə bizim sülhə doğru irəliləyişimiz nəzərdən qaçılır", - deyə Z.Əhmədov yazıb.

Diplomat qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və 1 milyon dinc sakinin ev-eşiyini tərk etməyə məcbur edilməsi nəticəsində yaranmış münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün zəruri idi.

Lakin işğaldan azad edilmiş ərazilərdəki irimiqyaslı dağıntılar və minalarla çirklənmə qaçqınların geri qayıtmasına mane olur.

Səfir onu da vurğulayıb ki, 2020-ci ildən Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasını, eləcə də Cənubi Qafqazda sabitliyə dair sülh sazişi layihəsinin imzalanmasını təklif edir, lakin Ermənistan Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddiaları barışıq yolunda böyük maneədir.

"Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə çoxmillətli Azərbaycanın tərkibində qalmaq təklifinə məhəl qoyulmayıb. Onların Ermənistana könüllü köçməsi məcburi addım kimi deyil, uzun illər separatçı rəvayətlərin nəticəsi kimi başa düşülməlidir", - deyə diplomat yazıb.

Məqalədə Z.Əhmədov diqqətə çatdırıb ki, Olimpiya barışığından ruhlanaraq, Azərbaycan COP29-un sədri kimi özünün flaqman təşəbbüsü - konfrans zamanı birgə atəşkəsə və iqlim böhranına diqqət yetirməyə çağırış edib. Bu təşəbbüs ekosistemləri məhv edən münaqişələr və iqlim dəyişmələri arasında dərin əlaqəni vurğulayır.

Azərbaycan təkcə neft və qaz istehsalçısı deyil, indi bərpaolunan enerji mənbələrinə keçir. 2030-cu ilə qədər enerjimizin 30 faizi bərpaolunan mənbələrdən olacaq və biz sualtı Qara dəniz kabeli ilə "yaşıl elektrik enerjisi"ni Avropaya ixrac etməyi planlaşdırırıq", - deyə Z.Əhmədov məqaləsində ümumiləşdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

23:01
12 Noyabr

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

18:31
12 Noyabr

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:29
12 Noyabr

Cənubi Koreyanın keçmiş baş naziri saxlanılıb   

17:57
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!