07 Noyabr 2024 20:24
500
İQTİSADİYYAT
A- A+
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb

İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb

Bu gündən İstanbulda ilk dəfə Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) açılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılan sərginin məqsədi türkdilli dövlətlərin iş adamlarının iqtisadi əlaqələrini daha da inkişaf etdirmək və gücləndirməkdir.

Sərgidə ölkəmiz Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil edilir.

Tədbirin açılışında çıxış edən Türk Ticarət və Sənaye Palatalar Birliyinin baş katibi Adem Kula rəhbərlik etdiyi qurumun iş və investisiya forumlarını müəyyən aralıqlarla təşkil etdiklərini xatırladaraq, ilk dəfə həyata keçirilən bu sərginin bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Kula sərgiyə xaricdən qatılan qonaqlara təşəkkür edərək, Türkiyədəki iş adamları, şirkətlər və sahibkarlar vasitəsilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandakı iş dünyasının nümayəndələri ilə əlaqələr qurmağa hazır olduqlarını bildirib.

Sərginin təşkilatçısı, ROK-un rəhbəri, azərbaycanlı vəkil Aygün Əliyeva tədbirin şirkətlərin düzgün əməkdaşlıqlar qurmasına kömək edəcəyi, Türk dövlətləri arasında güclü körpülər yaradacağına inamını ifadə edib. O, bundan sonra da bu kimi tədbirlərin təşkilini davam edəcəklərini, hər il birlikdə daha da genişləndiriləcəyini deyib.

Türk dövlətlərinin iş adamlarının bir araya gəlməsi ilə əhəmiyyətli körpü yaratmaq və beynəlxalq tərəfdaşlarla ticarət əlaqələri qurmağı hədəfləyən sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirilir. Sərginin məqsədi türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər iqtisadi sahələrin inkişaf etdirilməsi, ölkələrin müxtəlif sahələrdə qazandığı inkişaf təcrübələrinin digər ölkələrlə paylaşılması və Türk Dünyası arasındakı ticarətin asanlaşdırılması və investisiyaların təşviqinə dair işlərin aparılmasıdır.

İş adamlarının bilik və təcrübələrini paylaşdığı sərgi istehsalçı, idxalçı və ixracatçıları bir araya gətirərək istehsal, ticarət fəaliyyətlərini artırmağı, yerli KOBİ-lərə, mikro istehsalçılara, təşəbbüskarlara yeni bazar imkanları təqdim etməyi, regional və qlobal istehsal zəncirləri ilə birləşərək fərqli bazarlara daxil olmaq üçün imkanlar yaratmağı hədəfləyir.

Sərgi noyabrın 9-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

23:30
11 Dekabr

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib  

23:27
11 Dekabr

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

21:18
11 Dekabr

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

21:16
11 Dekabr

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib  

19:51
11 Dekabr

Həftəsonu Geminid meteor selinin piki olacaq

19:48
11 Dekabr

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

19:48
11 Dekabr

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

18:19
11 Dekabr

BMT: 2020-ci ildən bəri dünyada insan alveri qurbanlarının sayı 43% artıb  

17:54
11 Dekabr

Londonda fermerlərin etiraz aksiyası 

17:53
11 Dekabr

Olimpiya mükafatçımız ilin ən yaxşıları arasında

17:53
11 Dekabr

Olimpiya çempionu dünya rekordunu yeniləyib

17:52
11 Dekabr

Güləş məşqçilərinin ümumrespublika seminarı başa çatıb

17:50
11 Dekabr

Moldovada enerji sektorunda fövqəladə vəziyyət tətbiq olunacaq

17:49
11 Dekabr

Suriyada PKK/YPG terrorçuları TRT jurnalistlərinə hücum edib

17:48
11 Dekabr

“Sora” istifadəyə verilib

17:46
11 Dekabr

Yeni insan növünə aid kəllə sümüyü tapılıb

17:46
11 Dekabr

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib  

17:38
11 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

17:35
11 Dekabr

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib  

17:34
11 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

17:33
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!