10 İyun 2026 08:20
587
SİYASƏT
A- A+
İstanbul Bəyannaməsi üç ölkəni qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdirir

İstanbul Bəyannaməsi üç ölkəni qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdirir


İyunun 8-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin və Türkiyə xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin onuncu üçtərəfli görüşü keçirilib. Xarici işlər nazirlərinin bu görüşü regionun gələcək mənzərəsini və inkişaf strategiyasını müəyyən edən çox mühüm hadisədir. 

Qlobal miqyasda geosiyasi böhranların yaşandığı, logistik xətlərin təzyiqlərə məruz qaldığı və iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Bakı, Tbilisi və Ankara oxunda əlaqələrin daha da dərinləşməsi böyük əhəmiyyət kəsb edir. 

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, bu üçtərəfli format, sadəcə, növbəti diplomatik təmas deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin, etibarlı tərəfdaşlığın və təhlükəsizliyin əsas təminatçısıdır: "Üç qonşu ölkə arasında əlaqələrin bu cür yüksələn xətlə inkişafı fonunda əldə olunan ortaq platforma regional iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu sıx əməkdaşlığın ən böyük praktik nəticələri özünü strateji layihələrdə və enerji təhlükəsizliyi sahəsində göstərir. Bakı-Tbilisi-Ceyhan və "Cənub qaz dəhlizi" kimi qlobal layihələrlə Avropanın enerji xəritəsini dəyişən bu ittifaq mövcud əlaqələri yeni bir mərhələyə daşıyır. Azərbaycanın öz təbii qazını artıq 16 ölkəyə ixrac etdiyi indiki şəraitdə Gürcüstanla qaz alqı-satqısı müqaviləsinin müddətinin uzadılması, həmçinin SOCAR və BOTAŞ arasında "Abşeron" yatağının ikinci mərhələsindən qaz tədarükünə dair əldə edilən yeni razılaşma regional və qlobal enerji təhlükəsizliyinə növbəti böyük töhfədir". 

Deputat diqqətə çatdırıb ki, enerji sektoru ilə yanaşı, nəqliyyat və kommunikasiya xətlərinin genişləndirilməsi də bu üçtərəfli tərəfdaşlığın prioritet istiqamətlərindəndir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin inkişafında hər üç dövlət əvəzolunmaz magistral rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin uğurla başa çatdırılması və sərnişin reyslərinin bərpa olunması regional mobilliyi maksimum dərəcədə artıracaq. Eyni zamanda TRIPP layihəsinin icrası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, təhlükəsiz bağlantının təmin edilməsi həm iqtisadi sıçrayış yaradacaq, həm də dövlətlərarası etimadı və inteqrasiyanı xeyli gücləndirəcək.

K.Bayramov vurğulayıb ki,  xarici işlər nazirlərinin İstanbul görüşündə xüsusi diqqət yetirilən ən mühüm istiqamətlərdən biri də regional təhlükəsizliyin əsas şərti olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi olub: "Üçtərəfli platformada rəsmi Bakının postmünaqişə dövründə irəli sürdüyü sülh quruculuğu təşəbbüslərinin və həyata keçirdiyi etimad quruculuğu tədbirlərinin normallaşma gündəliyinin irəliləməsinə verdiyi mühüm töhfələr yüksək qiymətləndirilib. Azərbaycanın bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün atdığı addımların, konstruktiv mövqeyinin və sülh müqaviləsi layihəsi üzərində apardığı aktiv işin regionun gələcək inkişafı üçün tarixi bir fürsət yaratdığı diqqətə çatdırılıb. Bununla yanaşı, əldə olunmuş bu unikal tarixi imkanı qalıcı və dayanıqlı sülhə çevirmək üçün qətiyyətli addımların atılmasının vacibliyi bir daha bəyan edilib. Görüşdə vurğulanıb ki, iki ölkə arasında münasibətlərin tam normallaşmasına və yekun sülh sənədinin imzalanmasına mane olan fundamental, açıq qalmış məsələlər mütləq şəkildə həllini tapmalıdır. Xüsusilə Ermənistanın daxili qanunvericiliyində, o cümlədən konstitusiyasında Azərbaycana qarşı hələ də qalan hüquqi-siyasi ərazi iddialarının tamamilə aradan qaldırılması sülh prosesinin uğurla tamamlanması üçün qaçılmaz şərtdir. Bakı-Tbilisi-Ankara ittifaqı Cənubi Qafqazın dinc və təhlükəsiz gələcəyini dəstəkləyir, lakin qonşuluq münasibətlərinin beynəlxalq hüququn norma və prinsipləri, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qurulması üçün İrəvanın da üzərinə düşən məsuliyyəti tam yerinə yetirməsi tələb olunur".

Deputat əlavə edib ki, görüşün yekununda imzalanan tarixi İstanbul Bəyannaməsi tərəflərin təkcə iqtisadi və logistik sahədə deyil, həm də terrorizm, mütəşəkkil cinayətkarlıq, kiber təhdidlər və iqlim dəyişikliyi kimi qlobal çağırışlara qarşı vahid cəbhədə birləşdiyini təsdiqləyir. Azərbaycanın Türkiyənin COP31 evsahibliyinə verdiyi tam dəstək də bu sarsılmaz qardaşlıq və strateji müttəfiqliyin bariz nümunəsidir. Yaxın Şərqdə gərginliyin artdığı indiki həssas dövrdə Bakı-Tbilisi-Ankara formatı beynəlxalq hüquqa söykənən sabitlik vahididir və bu əlaqələrin daha da inkişafı region əhalisinin rifahını sığortalamaqda davam edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!