08 Dekabr 2025 19:39
209
Mədəniyyət
A- A+
“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  


Dekabrın 8-də “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində “İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” (CulTech) mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət İşləri Departamentinin direktoru Lhoucine Rhazouinin moderatorluğu ilə keçən paneldə çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizin İslam mədəniyyətinə mühüm töhfə verdiyini qeyd edib: “Biz bu gün burada, sadəcə, mədəni irsimizi deyil, eləcə öz cari siyasi-iqtisadi, həm də mədəni tərəfdaşlığımızı qeyd edirik. Əsrlər boyunca estetik musiqi, memarlıq, xalça toxuculuğu, eləcə də incəsənətin müxtəlif istiqamətləri bizi bir-birimizə daha da yaxınlaşdırıb".

Nazir müavini, həmçinin Azərbaycanda gənc istedadların bilik və bacarıqlarını tətbiq etməklə yaradıcı potensialının üzə çıxarılması, mədəni və yaradıcı sənaye sahələrində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının güclənməsi, icra edilmiş layihələr ölkəmizin yaradıcı məhsul və xidmətlərinin ixracına da töhfə verib.

Türkiyənin Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Aliy rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib. O, bildirib ki, institut mədəniyyətin texnologiya ilə birləşdirilməsi ideyasını uzun müddətdir diqqətlə izləyir.

"Bu gün burada mədəniyyət və texnologiyanın qovşağında yeni bir baxış bucağı təqdim edən CulTech modelinin İslam ölkələrində tətbiq olunma imkanlarını dəyərləndirmək üçün bir araya gəlmişik. Bu tədbirin Bakıda keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan innovativ rəqəmsal həllərin reallaşdırılması baxımından regionun ən dinamik ölkələrindən biridir.

Mədəniyyət yalnız keçmişimizi deyil, eyni zamanda, gələcəyimizi formalaşdıran ən güclü amillərdən biridir. Bu gün üzərində dayandığımız CulTech yanaşması da məhz buna görə önəm kəsb edir. CulTech mədəni dəyərlərin texnologiya ilə vəhdətdə təqdim olunması, yəni rəqəmsallaşma yolu ilə mədəni istehsalın gücləndirilməsi və mədəni paylaşımın daha geniş kütlələrə çatdırılması deməkdir. İslam ölkələri gənc əhalisi, zəngin mədəni irsi və sürətlə inkişaf edən texnoloji infrastrukturu ilə bu sahədə birlikdə hərəkət etdikdə ortaya çıxacaq təsir həm regional, həm də qlobal miqyasda əhəmiyyətli olacaq", - deyə A.Aliy bildirib.

ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə bu ofisin Qafqaz və Mərkəzi Asiya bölgələrini – Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanı əhatə etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, zəngin tarixi və mədəni irsi olan bu beş ölkə üçün Bakı Regional Ofisi əməkdaşlıq və dialoq baxımından dinamik platforma, xüsusilə gənclər, rəqəmsal texnologiyalar və yaradıcı sənayelər sahəsində təcrübə mübadiləsində mühüm mərkəz rolunu oynayır.

Onun sözlərinə görə, Bakıda yaradıcı gənclərin toplandığı “Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi" kimi məkanlar ICESCO üçün nümunəvi təcrübə sayılır və bu modelin Mərkəzi Asiya ölkələrinə də ötürülməsi üçün geniş imkanlar mövcuddur.

İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin Təlim və Texniki Əməkdaşlıq Departamentinin direktoru Atilla Karaman İslam Əməkdaşlıq Təşkilatının demoqrafik miqyasdan 2 milyard insanı təmsil etdiyini, onlardan 1.1 milyard insanın 25 yaşa qədər olduğunu bildirib ki, bu da 51 faiz təşkil edir.

“Gənclərin 27 faizinin müəyyən ehtiyacı var. Həmin gənclər nə təhsildə, nə məşğulluqda, nə də hər hansı təlim prosesində iştirak edir. Əgər həmin 27 faiz gənci hər hansı formada əmək bazarına və ya istehsala cəlb edə bilsək, bu, üzv ölkələrimizin ÜDM-lərinə əhəmiyyətli dəstək verə bilər. Digər mühüm statistika isə üzv ölkələrimiz arasında rəqəmsal bölgü ilə bağlıdır. Təşkilata daxil olan ölkələrə baxdıqda internetdən istifadə səviyyəsinin 99–100 faizə çatdığını görürük. Bəzi üzv ölkələrimizdə isə bu göstərici 20 faizdən aşağıdır. Bu vəziyyət maliyyə çətinlikləri, infrastruktur problemləri və investisiya çatışmazlığı ilə bağlıdır. Belə bir rəqəmsal bölgü üzv ölkələrimizin istedad potensialı arasında fərqləri daha da dərinləşdirir.

Biz həm fiziki, həm də rəqəmsal tədbirləri birləşdirən, İƏT-ə xas bir platforma yaratmalı, hibrid, mədəniyyətlərarası rəqəmsal öyrənmə ekosistemi qurmağı bacarmalıyıq. Qlobal landşaftda süni intellektə doğru gedirik. Bunu nəzərə alaraq mobillik, akademik körpü proqramları təklif edirik. Universitetlər və sənayelər arasında əlaqələr yaradılması vacibdir. Biz unikal yanaşma irəli sürməliyik. Ən yaxşı proqramları yarada, ən bacarıqlı gəncləri seçərək onları digər İƏT ölkələrinə göndərə bilərik. Nəticədə onlar ən yaxşı təcrübələri öyrənərək ölkələrinə qayıda bilərlər".

Özbəkistan Yaradıcılıq Mərkəzinin Baş direktoru Əbdülvəli Heydərov isə təmsil etdiyi ölkədə mədəni texnologiyalar sahəsində görülən işlərdən bəhs edib.

Panel sessiya sual-cavab və müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək 32-ci plenar iclası üçün İş Planını təsdiqləyib  

22:08
09 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib  

21:53
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb  

21:48
09 Dekabr

Tramp: Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi  

19:47
09 Dekabr

Nazir Rəşad Nəbiyev Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb  

19:39
09 Dekabr

Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib  

19:15
09 Dekabr

Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılı

19:02
09 Dekabr

ANAMA və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

18:47
09 Dekabr

Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır  

18:36
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

18:27
09 Dekabr

Mədəniyyət naziri Adil Kərimli İƏT Baş katibinin köməkçisi ilə görüşüb  

18:10
09 Dekabr

Nazirlik: Bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədir  

18:07
09 Dekabr

İcraçı direktor: Mərkəzi Asiya ölkələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumlar yaradıla bilər  

18:01
09 Dekabr

Bir ildə dünyada 67 jurnalist öldürülüb  

17:54
09 Dekabr

Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib  

17:52
09 Dekabr

“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib  

17:39
09 Dekabr

“Ford” Avropa bazarı üçün yeni strategiyasını açıqlayıb  

17:37
09 Dekabr

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

17:36
09 Dekabr

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

17:34
09 Dekabr

Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir  

17:30
09 Dekabr

Azərbaycan XİN-dən Aİ-Ermənistan Strateji Gündəliyinə kəskin etiraz  

17:29
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!