İşğaldan azad olunan ərazilərdə bölgə əhəmiyyətli suvarma kanalları yenidən qurulacaq
Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı Proqramı üzrə Tədbirlər Planına əsasən görüləcək bölgə əhəmiyyətli tədbirlər açıqlanıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a 2023-cü ilədək görüləcək işlər barədə məlumat verib. Bildirib ki, Suqovuşan hidroqovşağının və ondan su götürən magistral kanalın təmir-bərpası plana salınıb. 1976-cı ildə istismara verilmiş, ümumi sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı və ondan su götürən suburaxma qabiliyyəti saniyədə 70 kubmetr və uzunluğu 5,25 kilometr olan əsas magistral kanalın təmir-bərpası həyata keçiriləcək.
Tərtərçay Sol Sahil kanalının yenidən qurulması da nəzərdə tutulur. Tədbirlər Planına daxil edilmiş Tərtərçay Sol Sahil (sərfi saniyədə 20 kubmetr) kanalının yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 36 min hektar əkin sahələrinin su təminatında xeyli irəliləyiş əldə olunacaq.
Dilqəm Şərifov qeyd edib ki, növbəti illərdə Suqovuşan hidroqovşağından su götürən magistral kanaldan ayrılan sərfi 50 kubmetr/saniyə və uzunluğu 70 kilometr olan beton üzlüklü Tərtərçay Sağ Sahil kanalının təmir-bərpası ilə Tərtər, Ağdam və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
23 Aprel
Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb...
23 Aprel
Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz
23 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi
23 Aprel
Hesabat: Dünyanı ən çox narahat edən 15 problem
23 Aprel
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
23 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
23 Aprel
Düzgün nəfəs almaq ömrü uzadır
23 Aprel
Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub
23 Aprel
Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!