13 Yanvar 2022 02:00
389
Oxucu məktubları
A- A+

İşə məsuliyyətlə yanaşanda

 

Sumqayıtın böyük yaşayış massivlərindən olan 13-cü mikrorayonda yaşayıram. Ərazidə bütün kommunikasiya xətləri yenilənib, bircə kanalizasiya xəttindən başqa.

O da bu yaxınlaracan heç bir problem yaratmırdı. Lakin ötən ilin sonlarına yaxın bir neçə dəfə tutulmalar oldu. Şəhər Sukanal İdarəsi bizim şikayətimiz əsasında gəlib problemlə yerində tanış oldu. Ardınca 20 saylı binanın (biz həmin binada yaşayırıq) qarşısında olan kanalizasiya quyularını xüsusi texnika ilə yudular. Bir neçə gün ərzində sızma nöqtələri də müəyyənləşib bərkidildi. Çirkli sular tam şəkildə çəkilərək xüsusi əraziyə aparıldı.

Sonra yüksək keyfiyyətli PVC boruları ilə zirzəmilərdə yeni xətlər çəkildi. İdarənin rəhbərliyi 2 gün ərzində yeni çəkilən xətləri yoxladı. Bununla da yeni ilə zirzəmiləri təmizlənmiş halda keçdik. İnanın ki, sakinlərimiz bir müddət üfunət qoxuyan zirzəmilərin təmizlənməsinə inana bilmirdi. Amma bu, reallıq idi. Bir daha əmin olduq ki, işə məsuliyyət olanda bütün problemləri həll etmək elə də çətin deyil.

 

Orduxan YUSİFOV,

Sumqayıt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video